Icma.az
close
up
RU
İrandan gecikmiş etiraf: “Əl Əqsa tufanı” səhv addım idi

İrandan gecikmiş etiraf: “Əl Əqsa tufanı” səhv addım idi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Terror təşkilatı HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi qanlı terrorun fəlakətli səhv olduğu hadisənin baş verdiyi andan aydın olsa da, müsəlman toplumlarının bəziləri bunu yeni anlamağa başlayır. Bəziləri isə bu gerçəkliyi hələ də başa düşməyib və belə görünür ki, bundan sonra da başa düşməyəcək”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli səsləndirib.

Onun sözlərinə görə, İranın dini lideri Əli Xamneiyə yaxın şəxslərdən olan Masih Mohacerinin rəhbərlik etdiyi “Jomhouri Eslami” qəzeti HƏMAS-ın “Əl-Əqsa tufanı” adı verdiyi əməliyyatın səhv olduğunu etiraf edib:

““Biz bunu ilk andan anladıq və bu gün, iki ildən çox vaxt keçdikdən sonra buna tamamilə əmin olduq”.

Məqalədə 7 oktyabr 2023-cü ildən ötən iki il ərzində İran və onun müttəfiqlərinin itkiləri sadalanır. Tam olmayan bu siyahıya Qəzza zolağında dağıntılar, Hizbullahın məğlubiyyəti və Həsən Nəsrullahın öldürülməsi, husilər arasında ciddi itkilər, Suriyada rejim dəyişikliyi, iranlı generalların və nüvə fiziklərinin ölümləri daxil edilib. Məqalədə İsrailin də ağır itkilər verdiyi ifadə olunur. Lakin ağlı başında olan hər kəs bilir ki, məqalə müəllifləri bu məqamı əlavə etməklə özlərini “sığortalamağa” çalışıblar. Məqalədə haqlı olaraq İsrailin hərb yolu ilə tam əldə edə bilmədiklərini razılaşama ilə əldə edəcəyinə də işarə vurulub.

Misirin kurort şəhəri Şarm əş-Şeyxdə 20 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Yaxın Şərq Sülh Sammitində imzalanan saziş İran və HƏMAS-ın məğlubiyyətinin tamamlanması, HƏMAS-ın arxasındakı dövlətlərin diplomatik uğursuzluğudur. Amerikn diplomatiyasının çox böyük ustalıqla tərtib etdiyi sazişin altında diplomatik məğlubiyyətlə üzləşdiyini hələ də anlamayan iki dövlətin imzası var.

İran “Əl-Əqsa tufanı”nın fəlakətli səhv olduğunu iki il sonra anlamağa başladığı kimi, Qəzzada yekun atəşkəs sazişi imzalayan dövlətlərdən ikisi böyük bir diplomatik məğlubiyyətə məruz qaldıqlarını anlamayıblar. Onların bunu anlamasına nə qədər tarixi zaman olduğunu söyləmək çətindir. Çünki İrandan fərqli olaraq onlar HƏMAS-ın 7 oktyabr 2023-cü ildə keçirdiyi qanlı terror aktının necə böyük fəlakətli səhv olduğunu bu günə kimi anlamayıblar. “Müsəlmanın sonrakı ağlı” məntiqi İranda heç olmasa iki il sonra işləyir, bəzi ölkələrdə isə buna on illiklər lazım olduğu aydın görünür. Bəzən isə “Müsəlmanın sonrakı ağlı”nın işə düşməsi üçün bir neçə yüz il vaxt lazım olur. Çox acıdır, amma gerçəklik bundan ibarətdir”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri