Icma.az
close
up
RU
İrandan gözlənilməz Zəngəzur cavabı 9 illik PLAN üzə çıxdı

İrandan gözlənilməz Zəngəzur cavabı 9 illik PLAN üzə çıxdı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizinin gündəmdə olduğu bir vaxtda Tehran və İrəvan alternativ layihə – Culfa–Ermənistan–Gürcüstan–Qara dəniz dəmir yolunu yenidən müzakirəyə çıxarıb. Bu barədə “361Iran” saytında məqalə dərc olunub.

Layihə ilk dəfə 2016-cı ildə “Fars körfəzi–Qara dəniz dəhlizi” təşəbbüsünün tərkib hissəsi kimi təqdim olunub. Plana əsasən, yüklər İranın cənub limanlarından daşınaraq Ermənistan və Gürcüstan üzərindən Qara dənizə, oradan isə Avropaya ötürüləcək. Bu marşrutun həm logistika xərclərini 30%-ə qədər azaltmaq, həm də daşınma müddətini 40%-ə qədər qısaltmaq gücünə malik olduğu vurğulanır.

Globalinfo.az-a danışan deputat, politoloq Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regiondakı bir çox geosiyasi və geoiqtisadi faktorlar kimi Cənubi Qafqazın nəqliyyat xəritəsi də yenidən formalaşır:

“Bu xüsusda Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə inkişaf etdirilən Zəngəzur dəhlizi yalnız regional deyil, həm də qlobal ticarət üçün strateji arteriya kimi diqqət çəkir. Bu məqamda İran və Ermənistanın Culfa (İran)–Ermənistan–Gürcüstan–Qara dəniz dəmir yolu layihəsini yenidən gündəmə gətirməsi maraqlı geosiyasi siqnaldır. Xatlrladım ki, layihə ilk dəfə 2016-cı ildə “Fars körfəzi–Qara dəniz dəhlizi” təşəbbüsü çərçivəsində təqdim olunmuşdu. Lakin ideya olaraq da qaldı. Amma təbii ki, Pezeşkianın səfərindən sonra aparılan müzakirələr bir sualıgündəmə gətirir: Bu marşrut Zəngəzur dəhlizinə alternativ ola bilərmi?

Qeyd edim ki, Zəngəzur dəhlizi Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində mühüm strateji mövqeyə malikdir. Bu marşrut Çindən başlayan və Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Türkiyə xətti ilə Avropaya uzanan əsas quru nəqliyyat arteriyasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiya olunaraq yüklərin sürətli və təhlükəsiz daşınmasını təmin edir.

Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və beynəlxalq logistika şirkətləri tərəfindən dəstəklənir. Bu baxımdan, Zəngəzur dəhlizi yalnız iqtisadi layihə deyil, həm də Türk dünyasının və Avrasiya geosiyasətinin mühüm komponentidir. Bu dəhlizin reallaşması ilə Azərbaycan regionun tranzit mərkəzlərindən birinə çevrilir”.

Deputat deyib ki, İran və Ermənistanın gündəmə gətirdiyi layihə, yəni Culfa (İran)–Ermənistan–Gürcüstan–Qara dəniz dəmir yolu isə mahiyyətcə Şimal-Cənub Dəhlizinin tərkib hissəsidir:

“Bu dəhlizin əsas missiyası isə Hindistan–Fars körfəzi–(Rusiya)–Avropa istiqamətində yüklərin daşınmasını təmin etməkdir. İranın cənub limanlarından (Bandar Abbas) yüklər Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxarılacaq, oradan Avropaya ötürüləcək. Lakin Ermənistanın zəif infrastruktur imkanları və böyük maliyyə tələbatı layihənin yaxın perspektivdə reallaşmasını çətinləşdirir. Bu iki layihə həm məqsəd, həm də coğrafi məntiq baxımından fərqli logistik fəlsəfəyə malikdir. Zəngəzur dəhlizi əsasən Çin və Mərkəzi Asiya bazarlarını Avropa ilə birləşdirən xətt kimi nəzərdə tutulur. Bununla yanaşı, layihə artıq mövcud infrastruktura inteqrasiya olunub və beynəlxalq səviyyədə dəstək qazanıb.

Həmçinin oxuyun:

İrandan Zəngəzur açıqlaması: “Ciddi təhlükə var”

Elçin Mirzəbəyli

İran-Ermənistan marşrutu isə Hindistan–İran xəttini Qara dəniz vasitəsilə Avropa ilə birləşdirir. Bu marşrutun reallaşması üçün Ermənistan ərazisində sıfırdan genişmiqyaslı dəmir yolu tikintisinə, eləcə də ciddi maliyyə vəsaitinə ehtiyac var. Bundan başqa, Ermənistanın coğrafi və iqtisadi imkanları layihənin rəqabət qabiliyyətini azaldır. Başqa bir mühüm fərq geosiyasi dəstək məsələsidir. Zəngəzur dəhlizi ABŞ, Çin kimi ölkələr, Türk Dövlətləri Təşkilatı və Avropa İttifaqı kimi qurumların maraqları ilə üst-üstə düşür, İran-Ermənistan marşrutu isə daha çox regional təşəbbüs xarakteri daşıyır və qlobal miqyasda siyasi dəstək bazası məhduddur.

Zəngəzur dəhlizi Çin–Avropa xəttinin mühüm həlqəsidir, İran-Ermənistan marşrutu isə Hindistan–Avropa kommunikativ xəttində istifadə olunacaq.

Zəngəzur dəhlizi üçün əsas baza hazırdır, İran-Ermənistan marşrutunun isə böyük maliyyə və texniki resurslara ehtiyacı var.

Zəngəzur dəhlizi beynəlxalq oyunçular tərəfindən dəstəklənir, digər layihə isə daha çox regional xarakter daşıyır”.

E Mirzəbəyli hesab edir ki, bütövlükdə isə İran-Ermənistan marşrutu daha çox siyasi xarakter daşıyır:

“Tehran bu yolla, əsasən daxili ictimai rəydə Türkiyə və Azərbaycanın tranzit üstünlüyünü balanslaşdırmağa çalışır. Zəngəzur dəhlizi isə real iqtisadi və geosiyasi gücə malik layihədir. İran və Ermənistanın planlaşdırdığı dəmir yolu layihəsi müəyyən dərəcədə regionun nəqliyyat şəbəkəsinə əlavə diversifikasiya gətirə bilər. Lakin bu marşrutun Zəngəzur dəhlizinə alternativ olması mümkün deyil, çünki hər iki layihənin iqtisadi coğrafiyası, logistik funksiyası və geosiyasi dayaqları tamamilə fərqlidir. Zəngəzur dəhlizi qlobal ticarət arteriyası kimi strateji üstünlük təşkil edir və bu mövqeyini zaman keçdikcə daha da gücləndirəcək”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri