Icma.az
close
up
RU
İrandan köç başladı Soydaşlarımız Tehranı tərk edir

İrandan köç başladı Soydaşlarımız Tehranı tərk edir

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda iqtisadi çətinliklər, işsizlik, inflyasiya, sosial ədalətsizlik və siyasi təmsilçiliklə bağlı narazılıqlarla bağlı etirazlar 10 gündən çoxdur ki, davam edir. Polis tərəfindən etirazçılara qarşı sərt müdaxilə göstərilir. Hətta polisin açdığı atəş nəticəsində həyatını itirinlər də mövcuddur.
Bizim.Media xəbər verir ki, belə bir situasiyada, heç şübhəsiz ki, ölkəni tərk etmətə, daha təhlükəsiz yerlərə üz tutanların sayı artır.
İranlıların hara köç etdikləri, hansı ölkərə sığındığı maraq doğurur.
Günaz.TV-nin qurucusu və rəhbəri Əhməd Obalı Modern.az-a açıqlamasında bildirib ki, İrandan qaçanların 90%-dən çoxu Türkiyəyə gedirlər:
“Əvvəllər Türkiyəyə gedənlər BMT-yə müraciət edirlər. İndi isə Türkiyədə polisə müraciət edirlər. Amma əvvəllər İrandan qaçanlar ABŞ, Kanada, Böyük Britaniya kimi ölkələrə gediblər. Köç dalğasının nə qədər olduğunu hazırda ancaq Türkiyə polisi deyə bilər. Sadəcə olaraq indi rəqəm deyə bilmirik, amma indiki situasiyada İrandan qaçanlar, əlbəttə mövcuddur və onlar əsasən Türkiyəyə gedirlər”.

Ə.Obalı qeyd edib ki, bu baş verən hadisələr əsasında Güney Azərbaycandan gedənlər də var:
"Bu, şübhəsizdir, çünki cəmiyyətin 35%-i azərbaycanlıdır. Təbii olaraq, ölkədən gedənlər də olacaq. İndi daha çox Tehranda olan Güney Azərbaycanlılardan Türkiyəyə keçənlər ola bilər".
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli isə vurğulayıb ki, İranda müxtəlif vəzifədə çalışanlar ölkəni tərk edirlər:
“Bu məsələ ilə bağlı rəsmi statistika və açıqlama demək olar ki, yoxdur. İran adlanan ölkədən vəzifəli şəxslərin qaçması və hansısa ölkələrə getməsi ilə bağlı jurnalistlər, o cümlədən Böyük Britaniyada parlamentarilər məlumat veriblər.
Fransada jurnalist Emmanuel Rezevi adlı şəxs müsahibəsində bildirib ki, İran adlanan ölkənin vəzifəli şəxslərindən ən azı 20 ailə Fransada yaşamaq üçün viza müraciəti edib. Məsud Pezeşkianın və parlament sədri Qalibafın da adları çəkilib. Düzdür, rejim bunu təkzib edir.
Digər yandan göstərilir ki, İranın hərbi və təhlükəsizlik orqanlarında çalışan, iqtisadi sahələrdə fəaliyyət göstərən imkanlı şəxslər Böyük Britaniyanın təhlükəsizlik orqanlarına da müraciət ediblər. Onlar bir çox məxfi bilgilər vəd edərək, bunun əvəzində İngiltərədə vətəndaşlıq almaq istəyiblər.

Digər tərəfdən, Çində də bir sıra bu kimi məsələlər var ki, SEPAH-la bağlı olan şəxslər embarqonun aşılması üçün rejim tərəfindən vəzifələndirilib, saxta şirkətlər yaradaraq malların satılması və pulların alınması ilə məşğul olublar. Onlar da demək olar ki, ölkədən qaçıblar.
Xüsusilə, neft sahəsində olan adamlara pulların ölkəyə qaytarılması etibar edilib. Verilən məlumata görə, son 3 həftə ərzində 15 milyard dollar geri qaytarılmayıb.
Çinin verdiyi pullar Dubaya göndərilir, burada dəyişdirilir, ya mal alınır, ya da pul şəklində ölkəyə geri dönməli idi. Lakin pulların hamısı mənimsənilib. Burada bir neçə ölkənin adı çəkilir. Əsasən Avropa və ABŞ kimi uzaq ölkələr gündəmdədir. Gündəmdə olan ölkələrə Rusiya, Türkiyə və Çin də daxildir”.
S.İsabəyli, qaçan şəxslərin ictimai, siyasi və sosial statusunun əsas rol oynadığını söyləyib:
“Məsələn, təhlükəsizlik orqanlarında çalışanlar daha çox Avropaya üz tuturlar. Bəziləri hətta İsraillə əlaqə qurmağa çalışır, məlumat ötürmək şərti ilə oradan sığınacaq almağa cəhd edirlər.
İqtisadi sahədə çalışanlar isə daha çox Çinə üz tuturlar. Orada özlərinə mövqe tutmağa çalışırlar. Dini rəhbərliyə və onun ətrafına yaxın olanlar, məsələn, SEPAH-Pasdaranda yüksək vəzifə tutanlar Rusiyaya üz tuturlar. Onların Rusiya ilə İran arasındakı münasibətlər barədə bildiklərini Rusiya belə icazə verməz ki, Avropaya və ya başqa ölkələrə ötürülsün. Belə hal baş verərsə, Rusiya təhlükəsizlik orqanları onları sıradan çıxarar. Ölkəni tərk etmə prosesi geri dönməz şəkildə başlayıb və bu proses davam edəcək. Təhlükəsizlik orqanlarında, parlamentdə və icraedici strukturlarda çalışan, Avropanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq edib informasiya ötürən şəxslər çalışdıqları ölkələrə üz tutacaqlar.
Qeyd etdiyim kimi, İngiltərə ilə çalışanlar Rusiyaya, İsraillə çalışanlar isə Çinə getməz. Amma İran adlı ölkədə vəzifəli şəxslərin qaçmaq istəməsi çox ciddi faktordur. Rejim bunu nə qədər təkzib etsə də, müəyyən doğruluq payı özünü saxlayır. Bir çox hallarda ölkədən pul və qızıl qaçırıldığını da görürük”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri