İrandan Makronun bəyanatına REAKSİYA: Yanıldıcı, ziddiyyətli və spekulyativ mövqe...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəsmi Tehran Fransa prezidenti Emmanuel Makronun İranın Yaxın Şərqdə əsas təhlükəsizlik və strateji təhdid olması ilə bağlı açıqlamalarını “yanıldıcı” adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.
O, Makronun açıqlamalarını yanıldıcı, ziddiyyətli və spekulyasiyaya əsaslanan mövqe kimi qiymətləndirib.
Bekayi Fransanı regionda sülh və sabitliyə yönəlmiş qeyri-konstruktiv yanaşmalarını nəzərdən keçirməyə çağırıb. Həmçinin Makronun İranın nüvə proqramı ilə bağlı açıqlamalarını “əsassız” adlandırıb.
O, İranın nüvə proqramının sülh xarakteri daşıdığını və beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Makron Fransa səfirləri qarşısında çıxışında “İran Fransa, avropalılar, bütün region və ondan kənar üçün əsas strateji və təhlükəsizlik problemidir”, - deyə bildirib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 08 Yanvar 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















