İrandan uran ehtiyatlarının çıxarılması ABŞ la müzakirə olunmur
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda ABŞ ilə danışıqlar çərçivəsində İrandakı zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması məsələsi müzakirə edilmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə danışıqlar prosesinə yaxın mənbəyə istinadən İranın "Fars" agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, "hazırkı mərhələdə uran ehtiyatlarının təhvil verilməsi məsələsi danışıqların gündəmində deyil". Agentliyin həmsöhbəti bildirib ki, "ilk növbədə ABŞ tərəfi bəzi fundamental məsələlər üzrə aydın və qəti razılaşmaların əldə olunmasına yönəlmiş konkret və qətiyyətli addımlar atmalıdır".
Bununla əlaqədar olaraq mənbə "Al Hadath" telekanalının İslam Respublikasının "öz uran ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə təhvil verməyə" razı olması barədə yaydığı məlumatı da təkzib edib və bu xəbəri "səhv" adlandırıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 İyun 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















