İranın ABŞ a sürprizi : Ən pis ssenari nəzərə alınmadı...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İrana qarşı hərbi əməliyyatı planlaşdırarkən Donald Tramp və onun komandası Tehranın eskalasiyaya getmək hazırlığını düzgün qiymətləndirməyib. Xüsusilə də iranlıların Hörmüz boğazını bağlamaq qərarı Ağ Ev və Pentaqon üçün sürpriz olub.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, ABŞ prezidentinin yanında fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurası bəzi rəsmilərin “ən pis ssenari” adlandırdıqları ehtimalı tam nəzərə ala bilməyib və indi Amerika administrasiyası məhz həmin vəziyyətlə üz-üzə qalıb.
Nəşrin həmsöhbətləri bildirirlər ki, əvvəlki prezidentlər dövründə qərar qəbuletmə prosesinin ayrılmaz hissəsi olan Energetika Nazirliyi və Xəzinədarlıq Nazirliyinin mümkün risklərlə bağlı təhlil və proqnozları bu dəfə “ikinci dərəcəli məsələ” kimi qiymətləndirilib.
Qeyd olunur ki, maliyyə naziri Skott Bessent və energetika naziri Kris Rayt İrana qarşı əməliyyatın planlaşdırılması mərhələsinə cəlb olunsalar da, yekun qərarı Tramp yaxın müşavirlərdən ibarət dar çevrədə qəbul edib. Hörmüz boğazı bağlanacağı təqdirdə yarana biləcək iqtisadi nəticələrlə bağlı xəbərdarlıqlar isə sadəcə arxa plana keçirilib.
ABŞ rəsmilərinin sözlərinə görə, vəziyyəti düzəltmək üçün hətta fövqəladə tədbirlərin – məsələn, tankerlərin hərbi gəmilərin müşayiəti ilə boğazdan konvoy şəklində keçirilməsi kimi addımların təsir göstərməsi üçün belə həftələr lazım olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Mart 2026 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















