İranın bəzi deputatları ABŞ ilə danışıqlara qarşıdır
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İran parlamentinin bəzi deputatları ABŞ ilə danışıqların aparılmasına qarşı çıxır.
"Yeni Sabah" xəbər verir ki, bunu iranlı deputat Mehrdad Bauj Lahuti deyib.
"Bəzi deputatların danışıqlara etirazları axına qarşı üzməkdir", - o bildirib və əlavə edib ki, belə siyasətçilərin sayı azdır. pizza sifarişi
Lahutinin sözlərinə görə, ABŞ ilə danışıqlar buna etirazların olması kimi qaçılmazdır.
Qeyd edək ki, ABŞ ilə İran arasında danışıqlar davam edir və razılaşma imzalanmaq üzrədir. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dəqiq tarixi açıqlamasa da, imzalanmanın yaxın günlərdə həyata keçirilçməsinin mümkünlüyünə eyham vurub. Onun sözlərinə görə, bu mərhələdə İranın nüvə proqramı müzakirə predmeti deyil.
Digər xəbərdə isə İranın dondurulmuş səhmlərinin yarısının ABŞ ilə danışıqların ilkin mərhələsində geri qaytarılacağı qeyd olunub. Qətər tərəfinin planına əsasən, İran 12 milyard dollar əldə edəcək./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 İyun 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















