İranın danışıq üçün tələbləri: Yalnız bundan sonra…
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran rəsmiləri Qətər və Omandakı vasitəçilərə açıq şəkildə bildiriblər ki, İsrailin zərbələri davam etdiyi müddətdə Tehran İsraillə atəşkəs barədə danışıqlara getməyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.
“İranlılar Qətər və Oman vasitəçilərinə yalnız İranın İsrailin zərbələrinə cavab verməsindən sonra ciddi danışıqlara hazır olacaqları barədə məlumat veriblər”, - mənbə bildirib.
Onun sözlərinə görə, İran hücum altında olduğu müddətdə danışıqlara getməyəcəyini açıq şəkildə bildirib.
Adı açıqlanmayan rəsmi həmçinin İranın Oman və Qətərdən ABŞ-dan atəşkəsə nail olunmasını və nüvə danışıqlarının bərpasını istəməsini xahiş etməsi ilə bağlı mediada yayılan xəbərləri də təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 16 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















