Icma.az
close
up
RU
İranın İsrail və ABŞ ilə kompromisi qısa müddət üçün keçərlidir, yeni münaqişənin yaranması mümkündür

İranın İsrail və ABŞ ilə kompromisi qısa müddət üçün keçərlidir, yeni münaqişənin yaranması mümkündür

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın İsrail və ABŞ ilə razılaşması mümkün olsa da, uzunmüddətli və davamlı bir həllin tapılması üçün yetərli şərait mövcud deyil.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Lanzhou Universitetinin Beynəlxalq Münasibətlər və Siyasət İnstitutunun direktoru, Çju Yunbyao bildirib.

"Qısa və orta müddətdə İranın İsrail və ABŞ ilə yeni bir kompromis əldə etmə ehtimalı olduqca yüksəkdir. Lakin uzun müddətdə bu ziddiyyətlər köklü şəkildə həll olunmayacaq, yeni münaqişələrin yaranması mümkündür",- deyə o qeyd edib.

Ekspertin fikrincə, yaxın gələcəkdə Tehran münaqişənin təkrarlanan şiddətini önləmək üçün aktiv şəkildə çalışacaq, çünki onun "manevr etmək üçün çox az sahəsi var" və "mübarizə aparmaq üçün kifayət qədər imkanı yoxdur". "İranın qarşıdurmağa möhkəm iradəsi olduğunu demək olmaz. Buna görə də onun əsas strategiyası ABŞ ilə razılaşma əldə etmək üzərində cəmlənib," - deyə institutun rəhbəri əlavə edib.

Çju Yunbyao İranın ABŞ ilə münaqişəsini həll etmək prosesinin avtomatik olaraq İsraili də əhatə edəcəyini bildirib və Tehran üçün bu qarşılıqlı fəaliyyətin artıq planlaşdırılmış bir strategiya olduğunu vurğulayıb.

İnstitut rəhbəri İranı, hər iki tərəfi maneə ilə əhatə olunmuş bir atla müqayisə edib. "O, yalnız irəliləməlidir, çünki başqa bir istiqamət yoxdur, geri dönmək imkanı da yoxdur," - deyə o açıqlayıb.

Ekspertin qeyd etdiyi kimi, əvvəlki İsrail hücumlarından görünür ki, İran cavab zərbəsi vurmaq qabiliyyətinə malikdir. Eyni zamanda ABŞ "uzunmüddətli müharibəyə istəmir," - deyə o əlavə edib. "Amerikalıların mövqeyi israillilərinkindən fərqlənir, çünki İsrailin hələ də risk etməyə meyli var. İsrail, İranın da qarşı tədbirlər görmək qabiliyyətini hiss edir. Buna görə də hər üç tərəfin razılaşma tapmaq istəyi var və bu istiqamətdə baza artıq qoyulub", - deyə Çju Yunbyao bildirib.

Ekspertin fikrincə, nə İranın nüvə məsələsi, nə də İsrail tərəfindən təhlükə olaraq qəbul edilməsi qısa və ya orta müddətdə həll oluna bilər. "Hətta tərəflər bir kompromis taparsa belə, gələcəkdə yenə də münaqişələr yarana bilər və gözlənilməz hadisələr baş verə bilər. Bunun baş verməsi istisna edilə bilməz," - deyə o qeyd edib.

13 iyun gecəsi İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb, buna cavab olaraq qarşı tərəf addımlar atıb. ABŞ 9 gün sonra münaqişəyə qoşulub və İranın üç nüvə obyektinə zərbələr endirib. Bundan sonra Tehran, Yaxın Şərqdəki ən böyük ABŞ hava bazası olan Əl-Udeydə Qətərdə raket zərbəsi endirib. 24 iyun tarixində tərəflər atəşi tamamilə dayandırmağa qərar veriblər. İran tərəfi 1000-dən çox insan itirib, 5000-dən çox şəxs yaralanıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri