İranın “kölgə donanması”nın 26 gəmisi ABŞ blokadasını yarıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın “kölgə donanması”nın ən azı 26 gəmisi ABŞ blokadasını maneəsiz keçib.
Bu barədə “Lloyd's List Intelligence” məlumat yayıb.
Bildirilir ki, ötən həftə blokada şərtləri genişləndirildikdən sonra İranla bağlı 10-dan çox gəmi ABŞ-ın nəzarət xəttini keçə bilib.
Aprelin 13-dən etibarən İran yükləri daşıyan 11 tanker körfəz bölgəsindən çıxıb.
Eyni zamanda, Yunanıstana məxsus yük gəmisi aprelin 15-də İran limanından çıxaraq aprelin 19-da blokada xəttini keçib.
Məlumatda bildirilir ki, ABŞ hərbçiləri 27 gəminin geri qaytarıldığını və İran ticarətinin “tamamilə dayandırıldığını” bəyan etsə də, izləmə məlumatları regionda İranla bağlı “kölgə donanması”na məxsus gəmilərin hərəkətinin davam etdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Aprel 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















