İranın nüvə materialları ilə bağlı ağlabatan ehtimallar var Rafael Qrossi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyətə dair yeni açıqlama verib.
Redaktor.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində İranın zənginləşdirilmiş uran ehtiyatlarının hələ də ölkə ərazisində yerləşən nüvə obyektlərində saxlanıldığını bildirib.
Məlumata görə, Qrossi mövcud məlumatlar əsasında həmin materialların məhz qeyd olunan obyektlərdə olması ilə bağlı “ağlabatan ehtimalların” mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, bu məlumatların tam təsdiqi üçün müvafiq nüvə obyektlərinə yenidən giriş və yerində yoxlamaların aparılması vacibdir.
Bildirilir ki, yalnız genişmiqyaslı inspeksiya prosesindən sonra dəqiq nəticələrə gəlmək mümkün olacaq.
Məsələ ilə bağlı ABŞ rəsmiləri də müxtəlif açıqlamalar veriblər. ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə uzunmüddətli “nüvə şəffaflığı”nın təmin olunması məqsədilə beynəlxalq inspeksiyalara razılıq veriləcəyini ehtimal edib.
Eyni zamanda, ABŞ Vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının yekunlarına əsaslanaraq, Tehranın MAQATE müfəttişlərinin ölkəyə girişinə dair öhdəlik götürdüyünü bildirib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 03 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















