İranın PUA hücumları: İki ölkədəki hərbi bazalar vuruldu
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Ordusu İordaniya və Bəhreyndəki hərbi bazalara PUA hücumları həyata keçirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ordusu rəsmi məlumat yayıb.
Bildirilib ki, İranın hərbi qüvvələri pilotsuz uçuş aparatları vasitəsilə İordaniyada yerləşən “Al-Azraq” hərbi bazasına zərbələr endirib. Açıqlamaya əsasən, əməliyyat çərçivəsində “Arash” tipli PUA-larla Bəhreyndəki “Şeyx İsa” aviabazasında yerləşən bir sıra strateji obyektlər də hədəfə alınıb.
İran Ordusunun iddiasına görə, hücumlar nəticəsində bazadakı iri texnika anbarları, örtülü sahələr, eləcə də ağır təyyarələrin texniki xidmət və təmir mərkəzləri vurulub.
Qeyd olunub ki, əməliyyat ölkənin cənub bölgələrinin sakinlərinə həsr edilib. Ordunun bəyanatında bildirilib ki, hərbi qüvvələr ictimai dəstəklə və ölkənin qurucu liderinin, eləcə də həlak olmuş komandirlərin xatirəsinə ehtiram əlaməti olaraq mübarizəni davam etdirəcəklərini bəyan ediblər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 22 İyul 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















