Icma.az
close
up
RU
İranın raket hücumlarını nə qədər davam etdirə bilər? İsrailin hava müdafiəsi qarşısında Tehranın imkanları

İranın raket hücumlarını nə qədər davam etdirə bilər? İsrailin hava müdafiəsi qarşısında Tehranın imkanları

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Şənbə gecəsi İranın İsrailə qarşı başladığı dördüncü raket hücumu dalğası Yaxın Şərqdə gərginliyin daha da dərinləşdiyini göstərdi. Qərb mənbələrinin məlumatına görə, münaqişə başladıqdan bəri Tehran artıq 250-yə yaxın ballistik raket və 200-dən çox müxtəlif tipli pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Bu intensivlik fonunda əsas sual ortaya çıxır: İran bu cür hücumları nə qədər davam etdirə bilər və onun real raket potensialı hansı həddədir?

İsrail kəşfiyyatının qiymətləndirməsinə görə, İslam Respublikası əməliyyatlara başlamazdan əvvəl 2000-dən artıq müxtəlif mənzilli ballistik raketə sahib olub. Bu isə o deməkdir ki, İran indiki intensivliklə hücumları bir neçə həftə daha davam etdirə bilər. Lakin hücumun effektivliyi təkcə raketlərin sayından deyil, həm də bu arsenalın yerləşdiyi infrastrukturun hava hücumlarından müdafiə qabiliyyətindən asılıdır.

İran həm bərk, həm də maye yanacaqla işləyən raketlərə malikdir. Maye yanacaqlı raketlər uzunmüddətli hazırlıq tələb etdiyindən adətən bunkerlərdə yanacaqsız saxlanılır və bu da onları daha həssas edir. Əksinə, bərk yanacaqlı raketlər döyüş vəziyyətində daha çevik istifadə olunur. Tehran son illərdə bərk yanacaqlı raketlərin sayını artırmaqla təcili cavab imkanlarını genişləndirməyə çalışır.


İran İsrailə qarşı son hücumlarda ilk dəfə olaraq 2020-ci ildə ABŞ tərəfindən qətlə yetirilmiş general Qasım Süleymaninin adını daşıyan “Hacı Qasım” adlı hipersəs raketlərdən istifadə edib. Bu raketlərin yüksək manevr qabiliyyətinə malik olduğu və ABŞ-ın THAAD, “Patriot”, eləcə də İsrailin “Hetz” sistemlərini aşa biləcəyi iddia edilir. “Tasnim” agentliyinə görə, bu raketlər 1200 km uçuş məsafəsinə və bərk yanacağa malikdir. Lakin bu raketlərin dəqiq sayı barədə rəsmi məlumat yoxdur.

İsrailin bir sıra şəhərlərində, o cümlədən Bat-Yam və Tamrada İranın raket və PUA hücumları nəticəsində dağıntılar və mülki itkilər qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolar göstərir ki, hava hücumundan müdafiə sistemləri bütün raketləri tuta bilməyib. Bu, hücumun miqyası və müxtəlifliyi fonunda başa düşülən sayılsa da, təhlükənin hələ də yüksək səviyyədə olduğunu göstərir.

Buna baxmayaraq, İsrail dünyanın ən inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən birinə malikdir. “Dəmir Günbəz”, “David’s Sling”, “Hetz-2” və “Hetz-3” sistemləri, eləcə də ABŞ-ın bölgədə yerləşdirdiyi THAAD kompleksləri İsrailin müdafiəsini təmin edir. Müdafiə mütəxəssisləri qeyd edirlər ki, bu sistemlər sayəsində çoxsaylı itkilərin qarşısı alınıb.

İranın raket hücumlarına qarşı İsrail tək deyil. ABŞ bu qarşıdurmada rəsmi olaraq İrana zərbələr endirməsə də, İsrailin müdafiəsində fəal iştirak edir. “The Wall Street Journal”ın yazdığına görə, ABŞ-ın Hərbi Hava və Dəniz Qüvvələri, eləcə də hava hücumundan müdafiə bölmələri hazırda İsrailin təhlükəsizliyində mühüm rol oynayır. ABŞ əvvəllər Yaxın Şərqə F-35 təyyarələri, “Aegis” sistemləri ilə təchiz olunmuş gəmilər və THAAD kompleksləri göndərmişdi.

ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, bu mövcudluq yalnız İsrailin deyil, həm də Amerikanın Yaxın Şərqdəki maraqlarının qorunmasına yönəlib. Vaşinqton bəzi “Patriot” sistemlərini Ukraynadan geri çəkərək Yaxın Şərqə yerləşdirib ki, bu da ABŞ-ın münaqişəyə nə qədər ciddi yanaşdığını göstərir.

Tehranın hücum imkanları onun mövcud ehtiyatları, bu ehtiyatların yerləşdiyi infrastrukturun qorunması və siyasi iradəsindən asılıdır. Lakin real hərbi qiymətləndirmələr göstərir ki, İran xarici dəstək almasa, onun daxili resursları uzunmüddətli və genişmiqyaslı müharibəni davam etdirməyə kifayət etməyə bilər. Bu baxımdan, yaxın həftələrdə İranın hücum intensivliyində azalma müşahidə oluna bilər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyun 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri