İranın Rəşt bazarında 300 dən çox mağaza yandırılıb Ölkədə 53 məscid yandırılıb
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Gilan əyalətinin Rəşt şəhərindəki etirazlarda 300-dən çox mağaza yandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə görüntüləri İran Dövlət Televiziyası yayıb.
İran dövlət televiziyasından bildirilib ki, Rəşt Bazarındakı mağazalar üç gün əvvəl xaosdan istifadə edən təxribatçılar tərəfindən oda verilib: "İlkin məlumata görə, 300-dən çox mağazanın yararsız hala düşüb. Dükan sahibləri ciddi zərərlə üzləşib. Onlar dövltdən zərərlərinin qarşılanmasını tələb edirlər"
Gilan valisi Hadi Hakşinas mağaza sahibləri ilə görüşüb və onlara vəd verib: "Sizə söz veririk, bura əvvəlkindən də çox gözəl olacaq"
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın dəyər itirməsinə etiraz edən sahibkarlar etiraza qalxıb. Bu etiraz qısa zamanda böyük şəhərlərə yayılıb.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yazıb ki, 15 gündür davam edən etirazlarda37 təhlükəsizlik işçisi, bir prokuror və 8 uşaq daxil olmaqla 544 nəfər öldürülüb, 11 nəfər ə yaxın saxlanılan var.
Tehran meri Əli Rza Zəkani isə etirazçıların ictimai və özəl mülkiyyətə böyük zərər verdiklərii açıqlayıb: "Şəhərdaxili aavtobuslar və yanğınsöndürən maşınları da daxil olmaqla 42 ictimai nəqliyyat vasitəsi, 24 ev, 25 məscid, 2 xəstəxana və 26 bank dağıdılıb"
İranın xarici işlər naziri Abbas Əraqçi etirazlar zamanı 53 məscidin yandırıldığını deyib.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Yanvar 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















