İranın tələbləri qəbuledilməzdir Rubio KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ ilə İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb və tərəflər razılaşmaya yaxın deyillər.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“İranla danışıqlarda irəliləyişlə bağlı sizə deyə biləcəyim heç nə yoxdur. Düşünürəm ki, bu istiqamətdə nələrin baş verdiyini özünüz də görürsünüz. Bir sıra ölkələr İranla əlaqələri davam etdirərək müxtəlif təkliflər irəli sürürlər. Lakin mən deyə bilmərəm ki, biz hansısa ciddi dönüş nöqtəsinin astanasındayıq”, – Rubio qeyd edib.
ABŞ dövlət katibi danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri kimi Tehranın irəli sürdüyü tələbləri göstərib.
“Hazırda danışıqlar o qədər də məhsuldar deyil. Çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda hədsiz, absurd və tamamilə qeyri-realdır”, – o vurğulayıb.
Bununla belə, Rubio ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla qarşıdurmanı diplomatik yollarla həll etməyə üstünlük verdiyini bildirib.
“Prezident bu və digər bütün problemlərin diplomatik vasitələrlə həllinə üstünlük verir. Təəssüf ki, bu, hər zaman mümkün olmur. Lakin belə bir imkan varsa, biz onu nəzərdən keçirəcəyik”, – dövlət katibi əlavə edib.
Rubio İranla razılaşmanın əldə olunması üçün vasitəçi ölkələrin səylərinin davam etdiyini, lakin hazırkı mərhələdə diplomatik prosesdə ciddi dönüş gözləmədiyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 09 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















