Icma.az
close
up
RU
İranın vaxt qazanmaq cəhdlərinə və gizli nüvə fəaliyyətlərini davam etdirməsinə imkan verilməyəcək

İranın vaxt qazanmaq cəhdlərinə və gizli nüvə fəaliyyətlərini davam etdirməsinə imkan verilməyəcək

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Heç bir halda İranın "vaxt qazanmaq" diplomatiyası adı altında gizli nüvə fəaliyyətlərini davam etdirməsinə, yenə də prosesləri öz lehinə çevirməyinə, öz istəklərinə və yaxud yanaşmasına imkan verilməyəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İran rejimi Amerikanın qoyduğu şərtləri yerinə yetirmədən müzakirələrə başlayarsa və bu müzakirələri müxtəlif bəhanələrlə uzadarsa və deyək ki, Tramp dövrü də bitərsə, ondan sonrakı prosesdə bunlar fikirləşəcəklər ki, əgər Amerikada demokratlar hakimiyyətə gəlsə, onlarla müəyyən mənada dil tapa bilərlər və müəyyən mənada imtiyaz verə bilərlər.

Sadiq İsabəyli

“Digər tərəfdən həm bölgə dövlətlərinə, həm daxildəki öz vətəndaşlarına deyə bilərlər ki, "biz dünyanın super gücü olan Amerikanın artıq buynuzlarını sındırdıq, artıq onları yerində otuzdurduq". Artıq biz və yaxud İran fars molla rejimi bu bölgə sadəcə bölgəsəl güc yox, qlobal güc statusundadır. O zaman da kimsə onun qarşısında dura bilməz, kimsə onun nüvə bombasını istehsal məsələlərinə qarışa bilməz. Belə olarsa, bu şüarlarla və bu təbliğatlarla da öz fəaliyyətlərini gücləndirəcəklər. Daxildəki bütün narahatlıqları, narazılıqları polis gücü ilə neytrallaşdıracaqlar və bununla da "diktator hakimiyyəti"ni qoruyub saxlaya biləcək”-deyə şərhçi qeyd edib.

Sadiq İsabəyli hesab edir ki, bu tərəfdən də bu təhlükə meydandadır. Onun fikrincə, bunun həm İsrail dövləti, həm də ABŞ-ın cəmiyyətində olan qüvvələr fərqindədirlər ki, İran rejiminə hər hansı bir formada imtiyazın verilməsi qırmızı cizgi kimi müəyyənləşməlidir.

“Hətta rejim əgər zaman udmaq istəyirsə, bunlar da bilməlidirlər ki, bu zaman udmaq əslində bu rejimə verilən bir imtiyazdır və bunun yolverilməz olduğunu bu dövlətlər bilməlidir. Heç bir halda bu rejimin dediklərinə, diplomatik taktikalarına inanmaq olmaz. Konkret olaraq ciddi bir prosesə başlanılmalıdır və prosesin də şərtləri müəyyənləşib. O şərtlər yerinə yetirilməyəcəksə, müharibə də qaçılmaz olaraq, onların planlarının tərkib hissəsidir. Hesab edirəm ki, bundan da çəkinməyəcəklər”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri