İranın vurduğu İsrail təyyarələrinin sayı 5 ə çatdı
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.
Sfera.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məlumatı şəhərin icra hakimiyyətinin rəhbəri Hüseyn Abbasi də təsdiq edib.
"Təhlükəsizlik və hərbi rəsmilər insidentin təfərrüatını araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq", - deyə Hüseyn Abbasi qeyd edib.
Yayılan xəbərdən qısa müddət sonra İranın ordu rəhbərliyi vurulan döyüş təyyarəsinin "F-35" olduğunu təsdiqləyib.
"Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus "F-35" döyüş təyyarəsini Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib", - məlumatda qeyd olunub.
Bu, iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail qırıcısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















