Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

İranın Xəzər planı: Ad dəyişikliyinin arxasında NƏ DAYANIR?

İranın Xəzər planı: Ad dəyişikliyinin arxasında NƏ DAYANIR?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif hökumətə müraciət edərək Xəzər dənizinin rəsmi adının “Kaspian” olaraq təsdiqlənməsini təklif edib. Bu təşəbbüs isə tarixi adlandırma məsələsi ilə yanaşı, siyasi və geosiyasi müstəvidə də suallar doğurur.

Bəs İranın bu təklifinin arxasında hansı məqsədlər dayanır? Ad dəyişikliyi Azərbaycanın maraqlarına necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Xəzər dənizinin adının dəyişdirilməsi hazırda aktual məsələ deyil və belə bir dəyişikliyin hansı zərurətdən irəli gəldiyi aydın deyil.

"Əgər bu məsələ hər hansı problem yaradırsa, o zaman tərəflər mövzu ətrafında müzakirələr apara bilərlər. Lakin bu ad Azərbaycan üçün heç bir problem yaratmır. Xəzər adı Azərbaycanda tarixən qəbul edilmiş addır və ölkənin tarixi-mədəni irsində özünəməxsus yer tutur".

Fazil Mustafa: "Bu ad Azərbaycan üçün heç bir problem yaratmır"

Deputat qeyd edib ki, Xəzər adı tarix boyu Azərbaycanın hidronim sistemində, fəlsəfi və ədəbi mətnlərində öz əksini tapıb. Buna görə də adın dəyişdirilməsi Azərbaycan maraqlarına uyğun deyil.

Tarixçi Boran Əziz məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın siyasi xadimləri zaman-zaman Xəzər dənizinin adının dəyişdirilməsi, özlərinə sərf edən adlarla əvəz olunması ilə bağlı çıxışlar ediblər.

Onun sözlərinə görə, bu çıxışlar elmi həqiqətlərin ortaya qoyulması və gerçəkliyin üzə çıxarılması məqsədi daşımayıb, əksinə, siyasi ambisiyalardan irəli gəlib.

"İranın siyasi xadimləri vaxtilə Xəzər dənizini “Mazandaran gölü” adlandırmaq istəyiblər. Hətta Azərbaycan Prezidenti Heydər Əliyevin İrana səfəri zamanı bu ölkənin keçmiş prezidenti Haşimi Rəfsəncani də belə bir iddia ilə çıxış edib. Heydər Əliyev həmin vaxt bu iddiaya olduqca elmi və məntiqli cavab verib. Bundan bir qədər əvvəl də İran tərəfi oxşar iddia ilə çıxış etmişdi'.

Tarixçi: "Söhbət geosiyasi iddialardan gedir"

Boran Əziz hesab edir ki, İranda daxili siyasi vəziyyət kəskinləşəndə əhalinin diqqətini ölkənin əsas daxili problemlərindən yayındırmaq üçün bu cür iddialar gündəmə gətirilir.

"İranın bu iddiaları Xəzər dənizi ilə yanaşı, Qafqaz dağlarına və Qafqazda yaşayan xalqların ərazilərinə də yönəlmiş maraqların göstəricisidir. Tarixçi bunu həmin əraziləri yenidən öz dövlətlərinin tərkibinə qatmaq niyyətinin nümayişi kimi qiymətləndirib. Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı növbəti təklifə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Söhbət elmi yanaşmadan deyil, siyasi və geosiyasi iddialardan gedir".

Tarixçi bildirib ki, əgər İranın dövlət xadimləri həqiqətən də dənizin adının dəyişdirilməsində maraqlı olsaydılar, ilk növbədə Xəzərsahili vilayətlərin alimlərini bir araya toplayar, qədim və orta əsr mənbələrini, eləcə də tarixi xəritələri araşdırardılar. Daha sonra dənizə verilən adlarla bağlı ümumi fikir formalaşdıraraq ortaq qərara gələ bilərdilər.

"Məsələnin birtərəfli qaydada gündəmə gətirilməsi bir daha göstərir ki, bu təşəbbüs elmi zərurətdən deyil, siyasi ambisiyalardan irəli gəlir", - deyə o əlavə edib.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri