İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir?
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün İranın yaxınlığına dron zərbəsi endirdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çingiz Babayev adına Şəkərabad kənd tam orta məktəbində tədris tam bərpa olunub.
Bakupost.az Yeni sabah-a istinadən xəbər verir ki, bu barədə təhsil ocağından məlumat verib.
Qeyd olunub ki, martın 6-da bütün şagirdlər məktəbə gəlib, pedoqoji heyət də iş başındadır.
“Bu gün məktəbdə yüksək davamiyyət qeydə alınıb”, - Şəkərabad kənd tam orta məktəbindən bildirilib.
Məlumata görə, dünən İranın dron hücumu zamanı pilotsuz uçuş aparatlarından biri məktəbin yaxınlığına düşsə də, hər hansı dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
05 Mart 2026 13:02
İranın atdığı beş raket TUTULDU
30 İyul 2026 10:43
İranın atdığı bütün PUA lar zərərsizləşdirildi
13 İyun 2025 12:43
İranın atdığı raketlər Suriyaya düşdü FOTO
13 İyun 2025 15:17
İranın körfəz ölkələrinə atdığı raketlərin SAYI
14 Mart 2026 13:43
Baxış sayı:162
Bu xəbər 06 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















