Icma.az
close
up
RU
İranın zərbələri Yaxın Şərqdə ABŞ bazalarına ciddi ziyan vurub

İranın zərbələri Yaxın Şərqdə ABŞ bazalarına ciddi ziyan vurub

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Peyk görüntülərinin təhlilinə istinadən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinin İran tərəfindən həyata keçirilən zərbələr nəticəsində ciddi zərər gördüyü iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı araşdırma materialında qeyd edilib.

Məlumata görə, 28 fevralda ABŞ–İsrail hərbi əməliyyatlarının başlamasından sonra İran Yaxın Şərqdə yerləşən 20 ABŞ hərbi bazası və obyektinə əhəmiyyətli ziyan vurub. Analizlərə əsasən, bu rəqəm əvvəlki qiymətləndirmələrdən xeyli yüksəkdir.

Təhlillərdə bildirilir ki, fevralın sonundan etibarən İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, İraq, İordaniya, Bəhreyn və Oman da daxil olmaqla regionun səkkiz ölkəsində yerləşən əsas hərbi hədəflərə zərbələr endirib.

BBC qeyd edir ki, hücumlar nəticəsində xüsusilə hava hücumundan müdafiə sistemləri, radarlar, peyk rabitə infrastrukturuna və silah anbarlarına ciddi ziyan dəyib. Lakin zərərin ümumi miqyasının dəqiq qiymətləndirilməsinin çətin olduğu vurğulanır.

Pentaqonun açıqlamasına görə, “Epik Qəzəb” əməliyyatının ümumi dəyəri 29 milyard dollar təşkil edib. Bununla belə, ekspertlər bu rəqəmin real vəziyyəti tam əks etdirmədiyini və əsasən silahların bərpası və texniki xərcləri əhatə etdiyini bildirirlər.

Ağ Ev isə daha əvvəl İran ordusunun faktiki olaraq ciddi şəkildə zəiflədiyini iddia etsə də, analitiklər peyk görüntülərinin əks-hücumların daha geniş miqyaslı olduğunu göstərdiyini qeyd edirlər.

BBC mütəxəssislərinin fikrincə, zədələnmiş hərbi obyektlərin sayı 20-dən də çox ola bilər və bəzi qiymətləndirmələr bu rəqəmin 28-ə qədər yüksələ biləcəyini göstərir.

ABŞ Müdafiə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edərək bunu “əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqlar”la izah edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri