İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya diplomatik heyətini müvəqqəti olaraq İrandan geri çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
"Regiondakı gərginlik və təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatlar nəzərə alınaraq, Böyük Britaniyanın diplomatik heyəti müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirliyimiz fəaliyyətini məsafədən davam etdirir", - deyə məlumatda bildirilir.
Nazirlik vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb. Həmçinin qeyd olunub ki, Böyük Britaniya vətəndaşları bu ölkədə qalıb-qalmamaq barədə ciddi şəkildə düşünməlidirlər. Bildirilib ki, Britaniya pasportunun və ya Böyük Britaniya ilə əlaqələrin olması İran hakimiyyəti tərəfindən saxlanılmaq üçün əsas kimi qiymətləndirilə bilər.
* İrandan TƏHDİD: "Biz neft satmayacağıqsa, heç kim sata bilməyəcək"
Xatırladaq ki, iyulun 22-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə edilən hücumlara cavab olaraq İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 İyul 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















