Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

İranla bağlı plan boşa çıxdı, Tramp hərəkətə keçdi: Netanyahu təklifə hə deyəcək?

İranla bağlı plan boşa çıxdı, Tramp hərəkətə keçdi: Netanyahu təklifə hə deyəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin martın 10-da İsrailə səfər edəcəyi gözlənilir. Məlumata görə, onlar səfər çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşəcəklər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “The Times of Israel” qəzetinə verdiyi açıqlamada İrana qarşı əməliyyatların dayandırılması qərarının Netanyahu ilə məsləhətləşmələr əsasında veriləcəyini demişdi. Tramp qeyd edib ki, bu əməliyyatlar onun əvvəl planlaşdırdığından daha tez başa çata bilər.

ABŞ nümayəndələri Netanyahu ilə nəyi müzakirə edəcəklər? Müharibənin sonuna yaxınlaşıldığını göstərən hər hansı bir işarə varmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Donald Tramp müharibə başlanandan qısa müddət sonra verdiyi açıqlamada İranda aparılan əməliyyatların 4–6 həftə davam edə biləcəyini qeyd etmişdi:

“İsrail tərəfindən verilən açıqlamalar da müharibənin müəyyən müddət davam edəcəyini göstərirdi. Yəni ilkin mərhələdə Tramp əməliyyatların 15–20 gün ərzində başa çatacağını düşünürdüsə, sonradan yaranan vəziyyət ABŞ və İsrailin bu müddətdə hədəflərinə tam çata bilməyəcəyini göstərdi. Çünki müharibənin gedişi, xüsusilə də quru əməliyyatlarının keçirilməməsi belə nəticəyə gəlməyə əsas verir.

İran tərəfindən verilən açıqlamalar, eyni zamanda Tehranın cavab zərbələri və hücumlara reaksiyası onun müdafiə potensialının gözləniləndən daha güclü olduğunu ortaya qoydu. Doğrudur, İran ilk günlərlə müqayisədə ABŞ və İsrail hədəflərinə daha az zərbə endirir, lakin yenə də nəticə əldə etməyə çalışır. Hazırda İranın istifadə etdiyi silahlar kəmiyyət baxımından deyil, daha çox keyfiyyət baxımından seçilməyə başlayıb.

ABŞ və İsrail ilkin hədəf kimi İranın ballistik raket istehsalı müəssisələrini və bu raketlərin saxlandığı anbarları sıradan çıxarmağa çalışdı. Müəyyən qədər buna nail olunduğunu demək mümkündür. Bu, İranın zərbə vurmaq imkanlarını azaltsa da, Tehranın hərbi potensialı hələ də qalmaqdadır. Tramp özü də əməliyyatlardan əvvəl müəyyən hesablamalar aparmışdı. Yəni İranda bəzi mühüm şəxslərin zərərsizləşdirilməsi və infrastruktur obyektlərinə zərbələrin endirilməsi kimi hədəflər müəyyən qədər reallaşsa da, Tehran kapitulyasiya etmək və ya hər hansı razılaşma imzalamaq niyyətində deyil”.


Oqtay Qasımov

Politoloq bildirib ki, Trampın aprel ayında Çinə səfəri planlaşdırılır:

“Bu səfərlə o, noyabr ayında keçiriləcək aralıq seçkilərə hazırlaşmaq istəyir. Görünən odur ki, ABŞ-da bir çox nüfuzlu siyasi mərkəzlər müharibənin uzun çəkə biləcəyini düşünür.

Böyük ehtimalla, Tramp müharibəni mümkün qədər tez yekunlaşdırmağa çalışacaq və bu məsələ İsraillə razılaşdırılacaq. Lakin elə də asan proses olmayacaq. Çünki müharibənin başlanmasında əsas təşəbbüskar tərəflərdən biri məhz İsrail idi. Müharibənin yaxın bir-iki həftə ərzində başa çatması real görünmür, lakin Trampın müəyyən addımlar atacağı gözlənilir.

Məsələn, İranın bir sıra gəmiləri vurulub və batırılıb. Bundan başqa, İranın ballistik raket sistemlərinə ciddi zərər dəyib. Xüsusilə raketlərin buraxılış sistemləri və ehtiyatları hədəfə alınıb. Eyni zamanda xüsusi əməliyyatların keçirilməsi də mümkündür. Tramp bu addımları atarsa, hədəflərinə çatdığını elan edərək müharibədən çıxmaq qərarı verə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Mart 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri