Icma.az
close
up
RU
İranla bağlı proqnozların 99 faizi uğursuz olur İraqlı ekspertin Şərq ə MÜSAHİBƏSİ

İranla bağlı proqnozların 99 faizi uğursuz olur İraqlı ekspertin Şərq ə MÜSAHİBƏSİ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pezeşkian hökuməti zəifləyə bilər, amma siyasi sistem möhkəmdir, etirazlar uzun sürməyəcək

İranda son günlər baş verən etiraz aksiyaları region ölkələri və beynəlxalq media üçün diqqət mərkəzinə çevrilib. Analitiklər etirazların səbəbləri, miqyası və dinamikası ilə yanaşı, onların İranın daxili siyasi proseslərinə mümkün təsirlərini də qiymətləndirirlər.

Müzakirələrdə etirazların sosial tərkibi, müxtəlif siyasi və ictimai qrupların mövqeyi, eləcə də hakimiyyət daxilində mövcud güc balansları ön plana çıxır. Eyni zamanda, İran cəmiyyətində etirazların tarixi ənənəsi və bu cür aksiyaların ölkənin siyasi həyatında tutduğu yer də diqqətə alınır. Ekspertlər baş verən hadisələrin qısamüddətli və uzunmüddətli nəticələri ilə bağlı fərqli yanaşmalar irəli sürsələr də, ümumi qiymətləndirmələr proseslərin mürəkkəb və çoxşaxəli xarakter daşıdığını göstərir.

Etirazlarla yanaşı, ABŞ-ın İrana qarşı təhdidləri də ön plandadır. Tramp İranı hədələməkdən çəkinmir.

Sherg.az İraq Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, ekspert, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Muhy Abdülhəmidlə mövcud vəziyyəti müzakirə edib:

- İranda baş verən etirazlar İran rejimini süqut etdirə bilərmi?

-Əksər ərəb və qərbli analitiklər baş verən etirazlara əsaslanaraq İran rejiminin süqut edəcəyini proqnozlaşdırırlar. Halbuki hər dəfə xahiş edərək deyirik: İran mədəniyyətini öyrənin, daxili güc balansları, dini rejimin cəmiyyətdəki nüfuzu, İranın özünəməxsus “demokratik” modeli və teokratiya anlayışı haqqında oxuyun. Bunlar Yaxın Şərqin bəlkə də ən qapalı ölkəsinin daxili vəziyyətini anlamaq üçün vacibdir. Çünki İranla bağlı ərəb dünyasında yayılan proqnozların 99,9%-i uğursuz olur. Hər dəfə rejimin süqutu barədə tələsik arzuların əksinə, sistemin daha da möhkəmləndiyini görürük.

İranın süquta yaxın olduğu barədə təsəvvürlər sadəlövh və çaşdırıcıdır. Bu fikirlər daha çox onları səsləndirənlərin arzu və istəklərini əks etdirir. Son 20 ildə hər etiraz dalğasında eyni iddia irəli sürülür, hər dəfə də yanlış çıxır. Mövcud etirazlar yalnız bəzi sosial qrupların haqlı iqtisadi narazılıqlarının ifadəsidir. Bu, Pezeşkian hökumətinin populyarlığı ilə mühafizəkarlar və İnqilab Keşikçilərinin nüfuzu arasındakı daxili rəqabəti göstərir.

- Proses Pezeşkian hökuməti üçün nə vəd edir?

- Etirazçıların böyük hissəsi mühafizəkar düşərgəyə, yəni keçmiş prezidentə və İnqilab Keşikçilərinə yaxın çevrələrə mənsubdur. Onlar dini rejimin əleyhdarı deyillər. Əksinə, Pezeşkian hökumətini zəif hesab edir və İranın bir çox məsələlərdə, xüsusilə “12 günlük müharibə” zamanı geri çəkildiyini düşünürlər.

İran da İsrailə ciddi zərbələr endirdi, lakin Pezeşkianın hərbi rəhbərləri bunları qoruya bilmədiyi üçün onun idarəçiliyinə ictimai etimad zəifləyib. Bu o deməkdir ki, əgər hökumət devrilərsə, yerinə daha sərt xətt tərəfdarları gələ bilər. Onların İsrailə və ABŞ bazalarına qarşı zərbələri daha amansız və az məhdudiyyətli olacaq.

- Bu narazılıqları hansı sosial qruplar irəli sürür?

- Etirazların əsas tələbləri qiymətlərin bahalaşması, su çatışmazlığı və milli valyutanın dəyərdən düşməsidir. Bu narazılıqları əsasən bazar tacirləri və şəhər burjuaziyası hərəkətə gətirib. Onlar siyasi deyil, fərdi və sosial-iqtisadi tələblərini ifadə edirlər və respublikanın əsas ideoloji prinsiplərinin rəddinə yönəlməyiblər.

- İranda etirazlarda müxaliflərin rolu necədir?

- Dini rejimin azsaylı müxalifləri - islahatçılar və liberallar etirazlarda iştirak edirlər. Onlardan bəzilərinin zorakılığa meylli davranışları bütün etiraz hərəkatını gözdən salır, tacirlərin haqlı sosial tələblərini İsrail və ABŞ-la əlaqələndirirlər. Bu isə hərəkatın zəifləməsinə səbəb olub.

- Trampın açıqlamaları və İsrail mövzusu İran etiraz hərəkatına necə təsir göstərib?

- Trampın İrana hədə dolu açıqlamasından sonra son üç gündə etirazlar xeyli səngiyib. Sanki Tramp bilərəkdən etirazları “vətənə xəyanət” damğası altına salaraq onların uğursuzluğunu sürətləndirdi və buna nail oldu.

İran xalqı canlı, yetkin və siyasi baxımdan fəal xalqdır. Onlar onilliklərdir etiraz mədəniyyətinə malikdirlər. Küçə aksiyaları iranlılar üçün qeyri-adi hadisə deyil. Etiraz və mitinqlər ictimai həyatın adi bir hissəsidir.

- Bundan əvvəl də İran etiraz aksiyalarının şahidi olub. Məsələn, Məhsa Əminin ölümü ilə bağlı 2022-ci il aksiyaları.

- Hazırkı etirazlar 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan aksiyalarla müqayisədə həm miqyas, həm də zorakılıq baxımından xeyli zəifdir. O zaman etirazları islahatçılar İbrahim Rəisi və mühafizəkarlara qarşı təşkil edirdilər. Bu gün isə vəziyyət əksinədir: o vaxt hakimiyyətdə olan qüvvələr indi etiraz edir, etiraz edənlər isə hakimiyyətdədir.

İran rejimi öz tərəfdarlarını da küçələrə çıxardı. Onlar milyonlarla insan idi. Kimin daha çox olduğu və kimin İranı təmsil etdiyi barədə mübahisə aparmaq olar. Lakin fakt budur ki, dövlət institutları, təhlükəsizlik və nəzarət mexanizmləri rejimin əlindədir.

- İrandakı sistem zəifdirmi?

- Öz tərəfdarları ilə paralel aksiyalar keçirə bilməsi sistemin zəif yox, güclü olduğunu göstərir. Pezeşkian hökumətinin süqutu ehtimalı mövcuddur. Lakin siyasi sistem son dərəcə möhkəmdir, “12 günlük müharibə” zamanı və ondan sonra ciddi güc toplayıb. Bu güc 2022-ci il etirazlarının yaratdığı itkilərin böyük hissəsini kompensasiya edib.

Pezeşkian hökumətinin zəifləməsi, həyat şəraitinin yaxşılaşdırılması tələbləri və onun səriştəsizliyi ilə bağlı narazılıqlar başa düşüləndir. Xüsusilə də bir il əvvəl baş verən hərbi hücum nəticəsində yüksək rütbəli komandirlərin həlak olması onun idarəçiliyinə qarşı qəzəbi artırıb.

- Siyasi sistemin mövcudluğunu nələr təhdid edir?

- Siyasi sistemin mövcudluğunu təhdid edən real göstəricilər yoxdur. ABŞ ilə region ölkələrinin hər dəfə puça çıxan ümidlərinin səbəbi məhz budur.

- Etirazlar nə vaxta qədər davam edəcək?

- Uzun müddət davam edəcəyini gözləməyin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri