Icma.az
close
up
RU
İranla İraq arasında şiə qarşıdurması? (ŞƏRH)

İranla İraq arasında şiə qarşıdurması? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq və İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu son günlər İran rejiminə qarşı İraqda yüksələn etiraz dalğalarının səbəbini şərh edərkən deyib.

"İraq İranın son qalasıdır. Bu qala da yıxılsa, İranın bölgəyə təsir mexanizmləri xeyli zəifləyəcək. Bu gün şiə İslam dünyasına nəzər saldıqda iki böyük məktəbin olduğunu görərik. Onlardan biri şiə məzhəbi adı altında fars millətçiliyinin dominantlığına çalışan İran məktəbidir. Digəri isə Sistaniyə bağlı İraq şiə və qismən də Livan şiə məktəbləridir. İran İraqı özünün arxa bağçası elan edib. İraq isə artıq bezib. Ölkədəki Həşdi Şabi təşkilatı ordu içində bir ordu, dövlət içində dövlətdir", deyə Rufiz Hafizoğlu qeyd edib.  

Həmsöhbətimiz bildirir ki, son zamanlar ABŞ-ın ölkədəki silahlı "müqavimət” təşkilatlarının tərksilah edilməsi üçün Bağdada təzyiqləri də artıb:

"İsraillə İran arasındakı 12 günlük müharibədə İraqdakı şiə qruplaşmalarının heç biri səslərini çıxarmadı. Bu da onu göstərir ki, region ölkələri artıq bıçağın sümüyə dirəndiyini başa düşməyə başlayıblar. Belədə isə İraqda İran əleyhinə təbliğat güclənməkdə davam edəcək".

Ekspertin fikrincə, İran şiəliyi bölgə və İslam dünyası üçün yad, parçalayıcı məzhəb faktorudur: 

"İraq şiəliyi isə daha loyal, fərqli, konstruktiv, danışıqlara getməyi bacaran məzhəbdir. İllər öncə Məhəmməd bin-Salmanla hazırda seçkiləri boykot edən Müqtəda Əs-Sədrin bir görüşü olub. Hələ o vaxt şüarlar səslənirdi ki, ərəblər İraq şiəliyinə dəstək verəcəklər. Düşünürəm ki, gedən proseslərin nəticəsi olaraq önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq. Söhbət heç bir halda müharibədən, şiə məzhəblərinin bir-birini qırmasından getmir. Amma siyasi nüfuz, təsir dairəsini genişləndirmək istiqamətində İran şiəliyi yerini İraq şiəliyinə verəcək. Bu da əslində ideoloji parçalanmanın nəticəsidir və o daha da genişlənəcək".


Qeyd edək ki, Livandan sonra İraq da İran əleyhinə genişmiqyaslı təbliğata başlayıb. İlk olaraq, bəzi millət vəkilləri çıxış edərək bildiriblər ki, İran artıq ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır. İraq ordusu da bəyanat yayaraq vurğulayıb ki, İran ölkə daxilində silahlı qruplaşmalar formalaşdırmaqla kifayətlənmir, həm də İraqı özünə aid olmayan regional münaqişələrə sürükləyir.

Ardınca, İraq polisi rəsmi bəyanatla çıxış edərək, sübutlar əsasında bəzi iranlıların ölkəyə ibadət məqsədilə deyil, narkotik maddə satmaq və gəncləri zəhərləmək üçün gəldiklərini bildirib.

İraq din xadimləri isə İran vətəndaşlarını Hüseyn və Abbas ziyarətgahlarında din adı altında İran təbliğatı aparmaqda, xarici ölkələrə qarşı lənətlər səsləndirməkdə və siyasi şüarlar yaymaqda ittiham ediblər. Bu səbəbdən, İran bayraqları ilə İraq ərazisində yürüşlərə rəsmi şəkildə qadağa qoyulub.

İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani də vəziyyətin ciddiliyinə toxunaraq bildirib ki, zəvvar adı ilə ölkəyə daxil olan şəxslər müqəddəs şəhərlərdə narkotik satışı ilə məşğul olurlar. Baş nazirin sözlərinə görə, bəzi iranlı qadınlar siğə adı altında cinsi xidmət göstərir və bu yolla qazanc əldə edərək ölkədən ayrılırlar.

Hazırda isə Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə etiraz aksiyaları keçirirlər. Onlar Ayətullah Xameneini sərt şəkildə tənqid edir və onu Şiə dünyasının nüfuzuna xələl gətirməkdə ittiham edirlər.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri