Icma.az
close
up
RU
İranla İsrail niyə illərdir savaş içindədir? ŞOK FAKTLAR

İranla İsrail niyə illərdir savaş içindədir? ŞOK FAKTLAR

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə onilliklərdir davam edən ən kəskin və təhlükəli qarşıdurmalardan biri İran və İsrail arasında gedən siyasi, ideoloji və hərbi gərginlikdir. Bu iki dövlətin birbaşa müharibəyə girməmişdi. Amma 5 gündür İsrail İranın nüvə və hərbi obyektlərinə qarşı hava zərbələrinə başlayıb və daha sonra İran birbaşa İsrail şəhərlərinə - Təl-Əviv, Qüds, Haifa - raket və hipersonik dronlarla cavab verib.

Beşinci gündə İran 370-dən çox raket buraxıb, İsrail isə hava müdafiə sistemləri ilə bunların çoxunu neytrallaşdırıb. Bu qarşıdurmada hər iki tərəfdə minlərlə zərərçəkən var; təqribən 400 iranlı və 24 israilli öldürülüb. Uzaq tarixli “kölgə müharibə” anlayışı artıq keçmişdir: bu, iki ölkə arasında birbaşa və planlı hərbi qarşıdurmadır. İsrail Mossad və hava qüvvələrinin koordinasiyalı hücumları ilə İranın raket infrastrukturunu ciddi zərbə altına alıb. Regionda böyük narahatlıq yaranıb - ABŞ İsrailə hava müdafiəsi göndərib, dünya liderləri isə eskalasiyanın qarşısını almağa çağırır.

Bəs bu düşmənçilik haradan qaynaqlanır?

Dostluqdan düşmənçiliyə…

İsrail dövləti 1948-ci ildə qurulduqdan sonra İran onu tanıyan ilk müsəlman ölkələrdən biri idi. Pəhləvi rejimi dövründə (1925–1979) İranla İsrail arasında iqtisadi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq vardı. Hətta Mossad və Savak (Pəhləvi dövrünün gizli xidməti) arasında informasiya mübadiləsi də həyata keçirilirdi.

Lakin 1979-cu ildə İranda baş verən İslam İnqilabı bu münasibətləri kökündən dəyişdirdi. Ayətullah Ruhullah Xomeyninin rəhbərlik etdiyi teokratik rejim İsraili “şeytan” və “sionist rejim” adlandıraraq onu tanımadığını bəyan etdi. O vaxtdan etibarən İranın xarici siyasətində İsrailə qarşı barışmaz mövqe formalaşdı.

İdeoloji qarşıdurma…

İranın indiki ali rəhbərliyi (xüsusilə Ali Dini Lider Ayətullah Əli Xamenei) İsraili qeyri-legitim dövlət hesab edir və “Fələstin torpaqlarında yaradılmış müvəqqəti quruluş” adlandırır. İranın məqsədi İsrailin “xəritədən silinməsi” kimi sərt ritorika ilə ifadə olunur. Bu isə İsraildə öz mövcudluğuna təhdid kimi qiymətləndirilir.

İsrail isə İranı Yaxın Şərqdə özünə qarşı ən təhlükəli ideoloji və hərbi rəqib olaraq görür. İsrail dövləti "Hizbullah" (Livan) və "Həmas"ı (Qəzza) terror təşkilatları kimi tanıyır. İranın bu qruplara dəstək verməsi də bu gərginliyi dərinləşdirir.

Nüvə silahı faktoru…

İranın nüvə proqramı İsrailin əsas təhlükə hesab etdiyi məsələdir. İsrail iddia edir ki, İran nüvə silahı əldə etməyə çalışır və bu, İsrailin varlığı üçün birbaşa təhlükədir. Təl-Əviv bu səbəbdən İranın nüvə obyektlərinə qarşı bir neçə dəfə kiber hücumlar həyata keçirib, atom alimlərinin qətlində şübhəli sayılıb. 2020-ci ildə İranın aparıcı nüvə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsi İsrailin "kölgə müharibəsi"nin bariz nümunəsidir.

Proksi müharibələr…

İran və İsrail birbaşa müharibəyə girməsə də, regionda dolayısı ilə toqquşurlar. İranın dəstəklədiyi “Hizbullah”, “Həmas”, “İslami Cihad” kimi qruplar İsrailə qarşı raket hücumları və silahlı mübarizə aparır. İsrail isə mütəmadi olaraq Suriyada İranın hərbi mövqelərinə hava zərbələri endirir. Bu "soyuq müharibə" formatı artıq açıq müharibə təhlükəsini dəfələrlə artırıb. İsrailin Qəzzada dinc insanları da hədəfə alması ona qarşı qəzəbi artırır.

Geosiyasi faktlar və böyük güclərin rolu

ABŞ-İsrail münasibətləri və İranın ABŞ-a qarşı düşmən mövqeyi bu gərginliyi daha da artırır. İsrail ABŞ-ın əsas müttəfiqi, İran isə ABŞ-ın əsas rəqiblərindən, hətta düşmənlərindən biridir. ABŞ-ın İrana qarşı sanksiyaları və "İranı zəiflətmək" siyasəti Təl-Əvivlə uyğunlaşdırılır. Digər tərəfdən, Rusiya və Çin kimi dövlətlər İranla əməkdaşlıq edir, bu isə Yaxın Şərqdə böyük güclərin maraqlar toqquşmasına səbəb olur.

İran və İsrail arasındakı gərginlik sadəcə iki dövlətin mübahisəsi deyil, daha geniş ideoloji, dini və geosiyasi münaqişənin bir hissəsidir. Yaxın illərdə bu münasibətlərin hansı istiqamətə dəyişəcəyi dünya siyasətində ciddi təsirlərə səbəb ola bilər. Hər iki tərəf üçün bu qarşıdurma həm daxili siyasi ideologiyaların təməli, həm də beynəlxalq mövqelərini qorumaq vasitəsidir. Bu prosesin davamı təkcə hərbi nəticələrlə deyil, həm də siyasi dəyişikliklərlə yadda qala bilər. Müharibənin ağır nəticələri və ictimai təzyiqlər səbəbindən bəzi liderlərin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da real görünür.

İsraildə Baş nazir Benyamin Netanyahu son aylarda həm daxildə siyasi böhran, həm də xarici təhdidlər fonunda ciddi tənqid olunur. Müharibə uğursuz nəticələnərsə və ya uzunmüddətli itkilərlə müşayiət olunarsa, onun istefası və ya erkən seçkilərlə əvəzlənməsi mümkündür.

İranda isə dini lider Əli Xamenei hələlik toxunulmaz mövqedə görünür. Lakin ölkəyə edilən mümkün ağır hava zərbələri, iqtisadi çöküş və daxili narazılıq rejim daxilində parçalanmaya səbəb ola bilər. Belə olacağı təqdirdə, İran daxilində də rəhbərliyə qarşı təzyiqlər artacaq.

Bütün bunlar onu göstərir ki, davam edən bu qarşıdurma təkcə raket və pilotsuz təyyarələrlə deyil, siyasi taxt oyunları ilə də yadda qala bilər. Bu prosesdən bir və ya bir neçə liderin zəifləyərək uzaqlaşdırılması real ssenarilərdən sayılır.

Məhəmməd Türkmən /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri