İranla müharibə fonunda ABŞ nin strateji neft ehtiyatları kəskin şəkildə azalıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ-nin strateji neft ehtiyatlarının həcmi 2024-cü ilin aprelindən bəri minimum səviyyəyə düşüb.
"Report"un məlumatına görə, bunu CNN telekanalının hesablamaları təsdiq edir.
ABŞ Energetika Nazirliyinin keçən həftənin sonuna olan məlumatlarına əsasən, neft və neft məhsullarının ehtiyatları hazırda 1,584 milyard bareldir və azalmaqda davam edir. ABŞ-nin strateji anbarlarındakı neft ehtiyatları sonuncu dəfə 2003-cü ilin martında 1,5 milyard barel səviyyəsindən aşağı olub.
İranla müharibənin başlamasından sonra ehtiyatdakı neftin həcmi təxminən 12 % azalıb. "S&P Global Energy" agentliyi qeyd edir ki, Hörmüz boğazının blokadası səbəbindən dünya neft bazarı 1,2 milyard barel neft itirib. Kəsirin ödənilməsi üçün yalnız keçən həftə strateji ehtiyatlardan bazara 9,1 milyon barel neft buraxılıb.
Ekspertlər qeyd edirlər ki, ABŞ ilə İran arasında sülh sazişi bağlansa belə, bazarda vəziyyətin normallaşması üçün vaxt lazım olacaq.
"Saziş sabah bağlansa belə, boğazdakı tıxacların aradan qaldırılması üçün altı həftə vaxt lazım olacaq ki, bu da yay tələbinin pik mövsümündə ehtiyatlara təzyiqi daha da artıracaq", - "RBC Capital Markets" analitiki Helima Kroft CNN-ə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 31 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















