“İranla razılaşma Tehranın qeyd şərtsiz kapitulyasiyasıdır”
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İranla razılaşma Tehranın qeyd-şərtsiz kapitulyasiyasıdır”.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
“Dünyanın ən güclü ordusuna sahibik”, - o deyib.
Jurnalistin razılaşmanın ilkin tələbləri ilə bağlı sualına cavab verən Tramp əvvəlcə “qeyd-şərtsiz təslim” ifadəsinin müzakirə olunduğunu xatırladıb, daha sonra isə mövqeyini belə ifadə edib: “Yaxşı, bu, həqiqətən də qeyd-şərtsiz təslimdir”.
“Düşünürəm ki, elədir”, - deyə o əlavə edib.
Müsahibədə ABŞ-İran xəttində münaqişənin dayandırılmasına yönəlmiş 60 günlük danışıqlar prosesinə də diqqət çəkilib. Məlumata görə, tərəflər bu çərçivədə razılaşma memorandumu imzalayıblar.
ABŞ Konqresində bəzi respublikaçılar razılaşmanın detalları ilə bağlı narahatlıq ifadə edib və Trampın İran siyasətinə dair fərqli mövqe sərgiləməyə başlayıblar.
Tramp isə müsahibənin davamında səlahiyyətləri ilə bağlı suallara “Heç bir məhdudiyyət yoxdur” cavabını verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















