İranla Rusiya gizli saziş imzalayıb
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Rusiya ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı gizli müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti Rusiya sənədlərinə və müqavilənin şərtləri ilə tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, müqavilənin dəyəri 500 milyon dollardır. Müqavilə Rusiyanın dövlətə məxsus silah ixracatçısı "Rosoboronexport", Rusiya Müdafiə Nazirliyinin nümayəndələri və İran Silahlı Qüvvələrinin Maddi Dəstək Agentliyi (MODAFL) arasında bağlanıb.
Dekabr ayında Moskvada imzalanan müqavilə Rusiyanı üç il ərzində 500 ədəd "Verba" daşına bilən hava hücumundan müdafiə sistemi və 2500 ədəd 9M336 raketi tədarük etmək öhdəliyinə götürür.
Tədarüklər üç mərhələdə, 2027-ci ildən 2029-cu ilə qədər planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 22 Fevral 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















