İranlı deputat ABŞ nin ölkəyə qoşun yeritmək riskindən danışdı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Hörmüz boğazını nəzarətə götürdükdən sonra İrana cənub, qərb və şərq istiqamətlərindən quru müdaxiləsinə başlamağa cəhd edə bilər.
Moderator.az xəbər verir ki, bunu iranlı deputat Abbas Papizadə ISNA agentliyinə müsahibəsində bəyan edib.
"ABŞ-nin nəzərdən keçirdiyi ssenari ondan ibarətdir ki, ilk növbədə Hörmüz boğazını İranın nəzarətindən çıxarsın, neftin ABŞ bazarına və öz müttəfiqlərinə tranzitinə təminat verməyə nail olduqdan sonra isə ölkəyə cənubdan, qərbdən və şərqdən quru müdaxiləsi planlaşdırsın və demək olar ki, bütün əyalətlərə hücum etsin", - deyə o bildirib.
Deputatın fikrincə, Tehran öz hərbi siyasətini müdafiədən hücuma dəyişərək qətiyyətli və sərt cavab verməlidir.
"Vaxt bitdi, bizim hərbi sahəmiz düşmənin bütün infrastrukturuna zərbələr endirməlidir", - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 13-də Birləşmiş Ştatların Hörmüz boğazını öz nəzarətinə götürəcəyini bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 19 İyul 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















