İranlı hakerlər İsrailin hava hücumundan müdafiə sistemlərinin məlumatlarına görə mükafat VƏD EDİBLƏR
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrandan olan haker qruplaşması İsrailin hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumatların ötürülməsi üçün 30 min dollar təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Məlumata görə, İranın Handala adlı haker qruplaşması İsrailin hava hücumundan müdafiə sistemlərini hazırlayan mütəxəssislər barədə məlumatlara görə, 30 000 dollar mükafat vəd edib.
Hakerlərin iddiasına görə, söhbət mühəndis və texniklərin fotolarından, ad-soyadlarından, əlaqə məlumatlarından və yerləşdikləri ünvanlardan gedir.
Hakerlər həmçinin “hədəf” kimi seçdikləri şəxslərin ailələrinin təhlükəsizliyini təhdid edir və onların elektron poçtlarını və telefonlarını izlədiklərini bildirirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 16 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















