Icma.az
close
up
RU
Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi

Salahın “Qarabağ”a qarşı oyununu dəyərləndirdi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın cinah hücumçusu Məhəmməd Salahın son oyunlardakı çıxışı barədə danışıb. Qeyd edək ki, misirli futbolçu Afrika Millətlər Kubokundan qayıtdıqdan sonra ilk qolunu Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (6:0) vurub.

525.az klubun saytına istinadən xəbər verir ki, niderlanlı mütəxəssis deyib:

“Məncə, hər şey həmişə komandadan asılıdır. Çünki ona (Salaha - red.) meydanda uyğun mövqelər yaratmaq lazımdır. Biz bunu getdikcə daha tez-tez edirik - təkcə onunla yox, digər oyunçularla bağlı da. Mən bunu dəfələrlə demişəm: cərimə meydançaları arasındakı oyunumuz kifayət qədər yaxşıdır ki, hücumçularımız tez-tez düzgün mövqelərdə olsunlar. Əgər bu, yetərincə tez-tez baş verərsə, oyunçularımız onlardan gözlədiklərimizi edəcəklər, çünki onların ustalıq səviyyəsi çox yüksəkdir.

Siz Salah haqqında danışdınız, amma Florian Virts də yaxşı nümunə ola bilər. O, “Bornmut”la oyunun bitməsinə üç dəqiqə qalmış “Qarabağ”la matçda ikinci qolu vurduğu epizoddakı ilə eyni mövqedə idi. “Bornmut”la görüşdə o, ara ötürməsi verməyi seçmişdi, bu dəfə isə fürsətindən istifadə edərək qol vurdu. Futbol bəzən belə işləyir. Top dirəyə və ya tirə dəyir, səhv qərar verirsən və ya icra ideal olmur. Amma Mo üçün çox sevindim ki, bu qolu vurdu. Çünki düşünürəm ki, bu klub üçün nə qədər qol vurmasından asılı olmayaraq, bombardirlər siyahısında yer almaq həmişə xoşdur. Bu, həm Federiko Kyeza, həm də Florian üçün belə idi. Bu, komandaya və ayrı-ayrı oyunçulara həmişə əlavə inam verir”.

Cari mövsümdə Məhəmməd Salah bütün turnirlərdə “Liverpul”un heyətində 23 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri