Icma.az
close
up
RU
İranlı parlamentari: Bakıda imzalanan sənədlər yalnız iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcək

İranlı parlamentari: Bakıda imzalanan sənədlər yalnız iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında dönüş nöqtəsi olacaq və əməkdaşlığın genişlənməsi üçün münbit şərait yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında İran İslam Şurası Məclisinin (Parlamentin) Təhsil, tədqiqat və texnologiya komitəsinin sədri Əlirza Mənadi Sefidan deyib. O bildirib ki, İran ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün böyük əsaslar var. Hər iki xalqın eyni tarixə, dinə və milli adət-ənənələrə malik olması qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da irəliyə aparılmasını zərurətə çevirib.

İranın Şərqi Azərbaycan (ostanından) vilayətindən İran parlamentinə seçilən deputat, həmçinin qeyd edib: “Bakıda imzalanan sənədlər yalnız iqtisadi deyil, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcək. Ümumiyyətlə, bu səfər dostluq əlaqələrinin möhkəmlənməsinə yeni yol açacaq”.

“İran Prezidentinin Azərbaycana səfəri yalnız dostluq mesajları verilməsi üçün deyil, eyni zamanda, gömrük, turizm, nəqliyyat sahələrində əməkdaşlığın fəallaşmasına təkan verəcək”, - deyən deputat parlamentdə təmsil etdiyi Şərqi Azərbaycan vilayətinin Azərbaycan Respublikası ilə sərhəddə yerləşdiyini xatırladıb, birgə azad iqtisadi zona yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Əlirza Mənadi Sefidan İran və Azərbaycanın böyük iqtisadi potensiala malik olduqlarını vurğulayaraq deyib: “Nəqliyyat infrastrukturunun inkişafı, gömrük əlaqələrinin asanlaşdırılması və birgə azad zonaların yaradılması iqtisadi əlaqələrin genişlənməsinə zəmin yarada biləcək tədbirlərdəndir. Birbaşa uçuşların sayının artırılması və birgə sərgilərin keçirilməsi iki ölkə arasında turizmin inkişafına böyük töhfə verə bilər”. Deputat qeyd edib ki, İran Azərbaycanla həmişə qarşılıqlı hörmət, ortaq maraqlar və mehriban qonşuluq əsasında əlaqələr qurmağa çalışıb və Prezidentin səfərinin səmərəli olması bu münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri