Icma.az
close
up
RU
İransayağı “İSLAM” Ölkəmizə də idxal olunan “həci pivəsi” ilə bağlı SENSASİON DETALLAR

İransayağı “İSLAM” Ölkəmizə də idxal olunan “həci pivəsi” ilə bağlı SENSASİON DETALLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 52,91 min dekalitr (yəni 529,1 min litr) alkoqolsuz pivə idxal olunub.
Rəsmi statistikaya əsasən, alkoqolsuz pivə idxalı Belarus, Rusiya, İran, Türkiyə, Almaniya, Bolqarıstan və İrlandiya olmaqla 7 ölkədən həyata keçirilib.
Belə ki, bəzi ölkələrdən idxal edilən miqdar az olsa da, 1 dekalitr üçün ödənilən qiymət xeyli yüksək olub.
Ən bahalı məhsul isə İrlandiyadan gətirilib. Cəmi 0,08 min dekalitr (yəni 800 litr) məhsul üçün 2,78 min dollar ödənilib. Bu ölkədən idxal edilən alkoqolsuz pivənin 1 dekalitri 34,75 dollar və ya 59 manat təşkil edib.
İrandan idxal edilən 21,15 min dekalitr pivə üçün 142,67 min dollar xərclənib. 1 dekalitr üçün qiymət 6,74 dollar və ya 11,46 manat olub.

Özünü İslam ölkəsi adlandıran İranın pivə istehsal və ixrac etməsi təbii ki, xeyli sual və təəccüb doğurur. Çünki pivə hazırlanarkən xammal xüsusi qaydada qıcqırdılır. Qıcqırdılmış məhsulunsa qəbulunu İslam dini qadağan edir.
Çünki bunun insan orqanizminə bir sıra zərərləri var.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyir ki, spirtli içkinin istehsalını və istehlakını İslam dini qadağan edir:
“Bu mənada spirtsiz pivə daha çox imitasiya xarakteri daşıyır. Çünki pivənin hazırlanması prosesi elədir ki, ona spirt vurulmasa belə onu içmək haramdır. Pivə qıcqırma yolu ilə hazırlanır.
Qıcqırdılmış məhsulların istehlakını isə dinimiz qəbul etmir. Ona görə də spirtsiz pivə daha çox imitasiya xarakteri daşıyır.
Bəzilərimiz də özümüzü aldadaraq bu içkiləri içirik. Adını da qoyuruq ki, “alkoqolsuzdur, spirtsizdir”. Axı nə qədər vacibdir ki, müsəlman belə bir içkini qəbul etsin?! Unutmayaq ki, dinimizin haram buyurduğu hər bir şey sağlamlığımız üçün təhlükə mənbəyidir. Ona görə də bu cür içkilərin istifadəsinə və tədavülünə dinimiz icazə vermir”.
Müsahibimiz təəssüflə bildirib ki, bəzi müsəlman ölkələrində, o cümlədən İranda bu cür səhv yanaşmalar var:
“Bu gün marketlərimizdə İran istehsalı olan pivələr satılır. Bunun da alkoqolsuz olduğu bildirilir. Amma qıcqırıldılma prosesinin necə getdiyini hər birimiz yaxşı bilirik. Belə bir prosesdən sonra hazırlanan məhsulun halal olmasını iddia eləmək ağılsızlıq olardı. Ona görə də müsəlmanlara tövsiyə odur ki, özlərini aldatmasınlar. Özlərinə hörmət etsinlər, belə içkilərdən uzaq dursunlar.

İran bir islam dövləti olaraq bunu edir. Bu isə anlaşılmır. Tutaq ki, Qərb dövlətləri bunu kommersiya marağı üçün edir. Bəs İran bunu nə üçün edir?! Müsəlmanları aldadıb pul qazanmaq üçün, yoxsa içkini təşviq etmək üçün? Bir sözlə İranın bu məsələdəki mövqeyi başa düşülən deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri