Icma.az
close
up
RU
İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır

İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İqlim böhranının ərzaq, su, sanitar və ictimai təhlükəsizliyə təhdid yaratdığı inkişaf etməkdə olan ölkələrə xüsusi diqqət yetirilməlidir. İqlim dəyişikliyinin təsirləri İraqda güclü şəkildə hiss olunur".

Bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən COP29 İqlim Liderləri Sammitindəki çıxışında bildirib.

"Biz rekord anomal istilik dövrləri ilə üzləşirik, yağıntıların miqdarı azalır, temperaturlar artır. Bu, biomüxtəlifliyə, yaşıl zonalara mənfi təsir göstərir. Bundan əlavə, quraqlıq və səhralaşma zonaları artır. İqlim dəyişikliyi, həmçinin İraqın cənubundakı bataqlıq ərazilərində yaşayan ənənəvi icmaların köçürülməsinə səbəb olub. Bu, iqlim böhranı səbəbindən yox ola biləcək dünya irsidir", - o vurğulayıb.

Prezidentin sözlərinə görə, İraqın istixana qazı emissiyalarına tarixi töhfəsi, əksər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, çox zəifdir: "Bu baxımdan iqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır, çünki söhbət insan hüquqlarından gedir. Biz təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də hərəkət etməliyik.

İqtisadiyyatımız qalıq yanacaqlardan çox asılıdır. Lakin eyni zamanda iqlim dəyişikliyinə qarşı çox həssasdır", - o bildirib.

Bununla yanaşı, dövlət başçısı səyləri əlaqələndirmək və birlikdə işləmək məqsədilə oxşar iqlim problemləri olan ölkələrin danışıqlar qrupunun yaradılmasına çağırıb.

"Eyni prinsip əsasında biz böyük dünya iqtisadiyyatlarını iqlim fəaliyyətinə sadiqliyi gücləndirməyə çağırırıq. Əgər bu iqtisadiyyatlardan bəziləri bu təşəbbüslərdən çıxmağa qərar versələr, biz onlardakı dövlət və özəl subyektləri öz öhdəliklərini saxlamağa çağırırıq, çünki dünya ümumi töhfə olmadan dayanıqlı inkişafa nail ola bilməz", - İraq lideri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri