Icma.az
close
up
RU
İraqa sadəcə dua etməklə dəstək olan Rusiya, İranı ABŞ və ya İsraillə müharibədə yalnız buraxa bilər

İraqa sadəcə dua etməklə dəstək olan Rusiya, İranı ABŞ və ya İsraillə müharibədə yalnız buraxa bilər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşof "Əl-Şərqiyyə" telekanalına müsahibəsində bildirib: "Rusiya hər zaman hücuma məruz qalan ölkələrin yanında olub, İranla bağlı da belə olacaq".

Aparıcı səfirin fikrinə irad bildirərək İraqın işğalını xatırladıb: "Bağdat ABŞ tərəfindən bombalandığı zaman Rusiya olaraq İraqa necə dəstək verdiniz, dua etməklə?"

Səfir cavab verib: "Bəli, biz dua etdik, məgər, 150 milyon rusun dua etməsi az işdi?". Bu barədə xarici mənbəyə istinadən GünAz TV məlumat paylaşıb.

Bu fikirlər qeyri-rəsmi üslubda səsləndirilən "rəsmi" düşüncələrdir. Həqiqətən də Rusiya İraqın problemli dövründə səfirin də dediyi kimi dualarla kömək edib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya adətən bir çox hallarda tarixən belə olub ki, öz müttəfiqlərini yarı yolda qoyub: “Bu, 90-cı illərdə özünü daha qabarıq şəkildə göstərdi. Belə ki, həm Yuqoslaviyanın bombalanması zamanı Rusiyanın mövqeyini gördük, həm də 90-cı illərin sonunda Balkanlarda baş verən daxili savaş dönəmində, eyni zamanda 91-ci ildə İraqa hücum ediləndə də, o vaxtkı Sovetlər Birliyi yenə də İraqın yanında durmadı. Baxmayaraq ki, tərəflər arasında münasibətlər kifayət qədər yüksək səviyyəli idi, 2003-cü il olanda Rusiya beynəlxalq koalisiyaya qoşulmuşdu və faktiki olaraq ABŞ-ın İraqı işğal etməsinə haqq qazandırdı”.

Oqtay Qasımov

Rusiyanın İranla bağlı siyasəti haqda danışan Oqtay Qasımov vurğulayıb ki, İran savaşa girəcəksə, Rusiyanın mövqeyi yenə də eyni vəziyyətdə olacaq, yəni sadəcə dua etməklə kifayətlənəcək.

“Faktiki olaraq, İranla Rusiya arasında tərəfdaşlıq, strateji tərəfdaşlıq, memorandum imzalanmasına baxmayaraq, bu memorandum verilən yüksək bəyanatlara baxmayaraq, İsraillə Amerika İranla bağlı hansı hər hansı hərbi əməliyyatlar keçirsə, Rusiyanın onların qarşısında duracağını hesab etmirəm. Rusiya hər zaman özünün maraqlarını güdüb və maraqları tələb etdikdə, Rusiya öz müttəfiqlərinə rahat şəkildə arxa çevirə bilir. Biz bunu həm də Liviyada gördük. Baxmayaraq ki, Məhəmməd Kaddafi Rusiya ilə çox yaxın münasibətlərə malik olan bir şəxs idi. Onun devrilməsi zamanı da biz Rusiya tərəfindən hansısa ciddi reaksiyaların şahidi olmadıq. Yalnız Rusiya Bəşər Əsəd rejimini 2015-ci ildən 2024-cü ilə qədər dəstəklədi və bu dəstək də rejimi qorumaq üçün edildi. Əslində, Suriya xalqının və Suriya dövlətinin maraqlarına uyğun olmayan bir davranış idi. Belə ki, məhz Rusiyanın da iştirakı ilə yüzminlərlə insan həmin dönəmdə qətlə yetirildi”-deyə politoloq bildirib.

Oqtay Qasımov hesab edir ki, bu mövzuda ana xətt odur ki, Rusiya faktiki olaraq, öz tərəfdaşlarını ardıcıl müdafiə etməyib.

“Tarixən bu vəziyyət belə olub. Rusiya özünün maraqlarına uyğun olduqda, qarşı tərəflə razılaşaraq öz tərəfdaşını və yaxud müttəfiqini müdafiəsiz qoyur. Belə hadisələr tarixdə az sayda deyil”-deyə Oqtay Qasımov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri