Icma.az
close
up
RU
Ankara və Bakının şok Ermənistan planı Fransalı politoloq gizlinləri açdı

Ankara və Bakının şok Ermənistan planı Fransalı politoloq gizlinləri açdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladıb və deyib ki, həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Bu, işğal dövründə Ermənistanı daim dəstəkləyən Fransa ilə münasibətlərimizdə yeni dövrün başlanması ümidi yaradır.

Globalinfo.az-a müsahibəsində fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib ki, bu gəlişmə çox şey vəd edir.

– İqtisadiyyat sahəsində Fransa məhz Azərbaycanın işğaldan azad edilmiş əraziləri və ölkənizin kommunikasiya qovşağına çevrilməsi üçün lazım olan tikinti işi və əlaqələrin qurulmasında zəngin təcrübəyə malikdir. “Bouygues” və “Vinci Construction” dünyanın ən böyük tikinti şirkətləri arasındadır və Türkiyədə törəmə şirkətləri var. Son dörd il ərzində “Alstom” Meksikaya (2021), Böyük Britaniyaya (2024), Almaniyaya (2024), Mərakeşə (2025) və Nyu Yorka (2025) qatarlar satıb. 2017-ci ildən “Airbus Aerials” və “Delair” ABŞ-ın Corciya ştatının elektrik şəbəkəsinin monitorinqinə cavabdehdir. “EDF” bu ilin iyulunda Böyük Britaniyanın nüvə enerjisi istehsalına investisiyaların yatırılması ilə bağlı mühüm müqavilə imzalayıb və bu, ilk belə müqavilə deyil. “Veolia” və “Suez” su idarəçiliyi və tullantıların idarə edilməsi üzrə dünya səviyyəli şirkətlərdir. Məsələn, 21 oktyabr 2025-ci ildə, “Suez” Mərakeşdə irihəcmli müqavilə imzaladıqdan bir il sonra Çilidə su idarəçiliyi üzrə beynəlxalq müsabiqənin qalibi oldu.

Digər əsas amil Fransanın Orta Asiyada tutduğu mövqedir. Bu bölgə ilə Avropa İttifaqı arasında ticarətin 80%-i Qazaxıstana 19 milyard avro sərmayə qoyan Fransa vasitəsilə həyata keçirilir. Ən böyük investorlardan biri sənaye qazlarının dünyada ikinci ən böyük tədarükçüsü olan “Air liquid” şirkətidir. Azərbaycanda da bunun üçün potensial var. Ola bilsin ki, Qazaxıstanla indiki yaxınlaşma və münasibətlərin çox yaxşı olması bu şirkətin ölkənizdə də iştirakını gücləndirmək üçün əsas ola bilər. Eyni şeyi Qazaxıstan, Azərbaycan, Ermənistan və Gürcüstanda (digər ölkələrlə yanaşı) dünyanın ən böyük süd məhsulları qrupu olan “Lactalis” üçün də demək olar.

Əgər hər şey qaydasında getsə, neft yataqlarını qoruyan qayıqların Azərbaycana satışı ilə bağlı müzakirələr yenidən başlaya bilər. Niyə də bu layihə Qazaxıstanla birgə müqaviləyə çevrilməsin ki? Bunun sayəsində hər iki ölkə ardıcıl və müvafiq donanma ilə təmin ediləcək. Məsələn, Yunanıstan və Xorvatiya (tezliklə Serbiyanın da qoşulduğu) birgə təchizat zəncirinə malik “Rafales” donanmasına sahibdir.

İkitərəfli əlaqələrin zənginliyi və Orta Dəhliz üzrə əlaqələrlə yanaşı, Ukraynaya müharibədən sonra və ondan əvvəl yenidənqurma işlərinin başlanması üçün göstərilən maddi yardımı da qeyd etmək olar. Ümumilikdə Fransa və xüsusən də Emmanuel Makron hazırda Ukraynada son dərəcə populyardır və Volodimir Zelenski 2022-ci ilin mart ayından etibarən bir neçə dəfə Azərbaycana təşəkkür edib. Kiyevin əsas dəstəkçilərindən biri (Fransa) ilə eynən işğalı yaşamış və Ukrayna ilə onilliklərdən bəri xüsusi münasibəti olan keçmiş sovet respublikası (Azərbaycan) arasında yaxınlaşma təbiidir.

Bakının mədəni diplomatiya sahəsində böyük təcrübəsi var. Fransada bu diplomatiyanın həyata keçirilməsi üçün mən yalnız kommunikasiyanı təkmilləşdirməyi təklif edərdim ki, bu da həmişə Azərbaycanın Fransada faktiki olaraq bütün fəaliyyətində zəif nöqtəsi olub.

– Cənab Quen, Prezident İlham Əliyev Qazaxıstana səfəri zamanı bəyan etdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Ermənistan baş naziri Nikol Paşinyan buna görə Azərbaycan prezidentinə təşəkkür etdi. Paşinyan Tbilisidə Forumda çıxışı zamanı bəyan edib ki, Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə boru kəmərləri və elektrik təchizatı xətləri çəkiləcək. O həmçinin bəyan edib ki, Ermənistanla Türkiyə arasında sərhəd yaxın vaxtlarda açıla bilər. Bu prosesləri necə dəyərləndirirsiniz?

– Aydındır ki, bu, Azərbaycana, Türkiyəyə və Orta Asiyaya daha çox rifah gətirəcək və Ermənistanı səfalətdən xilas edəcək. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya şirkətləri üçün yeni bazar və yolların açılması bu ölkələrin iqtisadi gücünü artıracaq. Ermənistana qaz tədarükü onun Qarabağda irredentizmi daim dəstəkləyən iki dövlət olan Rusiya və İrandan iqtisadi asılılığını azaldacaq. Nəticədə, türk şirkətləri Ermənistana sərmayə qoyacaq, beləliklə, işsizlik səviyyəsi azalacaq, orta gəlir yüksələcək və nəticədə Ankara və Bakı davamlı sülh əldə edəcək. Sizin üçün iş imkanı yaradan ölkələrlə kim düşmənçilik etmək istəyər? Türk sərmayələri gələndən sonra Ermənistan iqtisadiyyatında Rusiya-İran üstünlüyü tamamilə aradan qalxacaq və Rusiyanın Ermənistandakı hərbi bazaları öz mövcudluğunu itirəcək.
Üstəlik, sülh daha çox xarici şirkəti Azərbaycana sərmayə qoymağa sövq edəcək. Avropa İttifaqı şirkətlərinin Qarabağ münaqişəsinə görə ora sərmayə qoymaq istəməməsinin birbaşa şahidi olmuşam. Artıq belə narahatlıq üçün heç bir əsas yoxdur.

Maksim Quen

– Son günlər Fransanın sabiq Prezidenti Nikola Sarkozi haqda xəbər beynəlxalq gündəmi zəbt edib. Sarkozi Liviya maliyyələşməsi işi üzrə cinayətkar dəstə ilə əlbir olmaq ittihamı üzrə oktyabrın 21-də Parisdəki “Santé” həbsxanasına yerləşdirilib. Bu, V Respublika tarixində bir ilkdir: indiyə qədər heç bir keçmiş prezident həbs olunmayıb. Hadisə dərhal Milli Assambleyada ciddi rezonans doğurub və millət vəkilləri bu məsələ ilə bağlı fərqli fikirlər bildiriblər. Bu arada RN lideri Marin Lö Pen də məhkəmə qərarı ilə üz-üzədir. O, Avropa parlamentində saxta məşğulluq işi üzrə siyasi fəaliyyətə qadağa cəzası alıb və onun da işi hazırda məhkəmə prosesindədir. Bu hadisə Fransa siyasətində ədalət, bərabərlik və məsuliyyət anlayışlarının necə dəyərləndirilməsi ilə bağlı sualı bir daha aktuallaşdırır. Bu barədə və Sarkozinin həbsi ilə bağlı nə deyə bilərsiniz?

– Bu, müstəsna haldır, lakin normal prosedurdur. Fransada hər həftə apellyasiya məhkəməsinə qədər insanlar həbs edilir. Nikola Sarkozini Fransanın ən böyük hüquq firmalarından biri olan “Darrois Villey Maillot Brochier” müdafiə edir. Onun arqumentlərini istintaq zamanı və məhkəmə prosesində demək üçün kifayət qədər vaxt və imkanı olub. Məhkəmə 2007-ci ildə Liviya dövlətinin Nikola Sarkozinin kampaniyasını maliyyələşdirdiyini yazan Liviyanın keçmiş neft naziri (2012-ci ildə Avstriyada ölü tapılmış) Şükri Qanemin qeyd dəftəri kimi sənədlər əsasında onun haqda hökm qərarı çıxarıb. Bu qeyd dəftərinin məzmunu bank sənədləri ilə əsasən təsdiqlənib.

Hər zaman belə hallarda olduğu kimi, cənab Sarkozi həbsxananın ayrıca bölməsində və digər məhbuslar tərəfindən hücuma məruz qalma riski olan məhbuslar üçün nəzərdə tutulan . Bu bğlmə digərlərindən daha rahat olmasa da daha təhlükəsizdir. İstisna hal kimi, cənab Sarkoziyə həbsxanada iki mühafizəçi saxlamaq hüququ verilib. Bu səbəbdən ona yazığım gəlməsi üçün əsas görmürəm.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri