Icma.az
close
up
RU
“İRƏLİ” İctimai Birliyi ötən ilə çoxşaxəli layihələrin həyata keçirilməsi ilə yekun vurub

“İRƏLİ” İctimai Birliyi ötən ilə çoxşaxəli layihələrin həyata keçirilməsi ilə yekun vurub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il ərzində “İRƏLİ” İctimai Birliyi gənclərin milli-mənəvi dəyərlərə bağlı, sosial cəhətdən fəal, müasir bilik və bacarıqlara malik vətəndaşlar kimi formalaşmasına yönəlmiş genişmiqyaslı layihə və təşəbbüslərin icrasını davam etdirib.

Bu barədə “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı AZƏRTAC-a açıqlamasında bildirib.

Onun verdiyi məlumata görə, il ərzində milli dəyərlərin təbliği, vətənpərvərlik tərbiyəsi, təhsil və məşğulluq, rəqəmsallaşma, süni zəka, ətraf mühitin qorunması, qeyri-formal təhsil, könüllülük və sağlam həyat tərzi istiqamətlərində onlarla layihə və tədbir həyata keçirilib. Həmin müddət ərzində 7 düşərgə, 5 layihə, 24 tədbir, 74 təlim, 31 görüş, 12 ekskursiya, 6 ətraf mühitin qorunması üzrə aksiya təşkil olunub, eləcə də 8 beynəlxalq layihədə gənclərin iştirakçılığı təmin edilib.

Həmçinin irihəcimli layihələrdən biri olan “Gənclərin Peşə Bələdçisi” proqramı Elm və Təhsil Nazirliyinin dəstəyi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib və proqram çərçivəsində ölkənin 17 regionunda 3 min 700-dən çox gənc peşə təhsilinin əhəmiyyəti, əmək bazarının tələbləri və karyera imkanları barədə məlumatlandırılıb. Layihənin icrası üçün 24 peşə bələdçisi hazırlanaraq prosesə cəlb edilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsi də genişmiqayslı və innovativ layihələrdən biri olub. Layihə çərçivəsində 500-dən çox gəncin maarifləndirilməsi, 10-a yaxın texnoloji və sosial sahibkarlıq təşəbbüslərinin formalaşmasına nail olunub.

Bundan başqa, rəqəmsal transformasiya və süni zəka texnologiyalarının sürətli inkişafı nəzərə alınaraq gənclərin bu sahədə düzgün və faydalı istifadəsini təşviq edən “The Art of Prompt Engineering with ChatGPT” kitabı Azərbaycan dilinə tərcümə edilərək gənclərin istifadəsinə təqdim olunub. Həmin təşəbbüs gənclərin rəqəmsal savadlılığının və innovativ düşünmə bacarıqlarının artırılmasına xidmət edir.

Şahin Rəhmanlı deyib ki, il ərzində təşkilat tərəfindən iki dəfə təcrübə proqramı həyata keçirilib və həmin proqramlar vasitəsilə 25 gəncin bilik və bacarıqları təkmilləşdirilib. Eyni zamanda, ali təhsil müəssisələri tərəfindən təcrübəyə göndərilən 20 gənc təşkilatın fəaliyyətlərinə cəlb olunaraq praktiki fəaliyyətə cəlb edilib. Eyni zamanda, 45 gənc könüllü il ərzində “İRƏLİ” İctimai Birliyinin keçirdiyi tədbirlərin təşkilində fəal iştirak edib və layihələrin əsas hərəkətverici qüvvəsinə çevrilib. Həmçinin gənclərimizin beynəlxalq layihələrdə iştirakçılığı dəstəklənib, 14 gənc 8 ölkədə keçirilən müxtəlif layihələrə göndərilib. Təşkilatın fəaliyyətlərində dayanıqlı inkişaf məqsədləri, ekoloji maarifləndirmə də xüsusi yer tutub. Gənclər düşərgələri, ictimai müzakirələr, gənc iqlim elçiləri ilə görüşlər, mədəniyyət sahəsində gənclərin dəstəklənməsi, gənclərin fiziki hazırlığı və maarifləndirici sessiyalar 5 min 579- dan çox gəncin iştirakçılığına şərait yaradılıb.

İctimai Birliyin sədri gənclərin məlumatlandırılması və dəstəklənməsi üzrə fəaliyyətin bu il də davam etdiriləcəyini bildirib. “Bu məqsədlə müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə, məktəblilərin oxu savadlılığının dəstəklənməsi, Qərbi Azərbaycana qayıdış və “Böyük Qayıdış” prosesində gənclərin rolunun artırılması istiqamətində təşəbbüslərin təşkili, gənclərin rəqəmsal savadlılığının artırılması, ətraf mühit, mədəniyyət, gənclərin asudə vaxtının səmərəli təşkili, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fəaliyyətlərin təşkili həyata keçiriləcək. Gənclərə yaradılan imkanlar ölkənin gələcəyinə yatırılan ən dəyərli sərmayədir. Ona görə də daim gənclərin inkişafı üçün çalışacaq, dövlətin yaratdığı imkanlardan faydalanmaları üçün onları dəstəkləyəcəyik”, - deyə o diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri