Icma.az
close
up
RU
“İrəli” İctimai Birliyi “Gənclərin media savadlılığının artırılması” layihəsinə AZƏRTAC a infoturla start verib

“İrəli” İctimai Birliyi “Gənclərin media savadlılığının artırılması” layihəsinə AZƏRTAC a infoturla start verib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

“İrəli” İctimai Birliyi Milli Mətbuatımızın 150 illiyinə həsr olunmuş “Gənclərin media savadlılığının artırılması” layihəsinə start verib.

Layihə çərçivəsində ilk infotur Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşkil olunub.

İnfoturun iştirakçıları agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

AZƏRTAC-ın əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu zonada fəaliyyətinin əks olunduğu fotostendlər, şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi gənclərin diqqətini cəlb edib. Gənclərə şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-dakı 17 illik fəaliyyəti barədə məlumat verilib, onun Vətən müharibəsi dövründə ən qaynar nöqtələrdən xəbərləri operativ çatdırmasından, postmüharibə dövründə isə işğal zamanı şəhərlərimizdə, kəndlərimizdə törədilən dağıntıları lentə almasından bəhs edilib. Təəssüflə qeyd edilib ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki üzvü – Məhərrəm İbrahimov və Sirac Abışov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb. Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 39 illik ömrünə böyük işlər sığdıran Məhərrəm İbrahimovun hər zaman AZƏRTAC-ın kollektivi tərəfindən dərin ehtiramla xatırlandığı, onun fəaliyyətinin agentliyin əməkdaşları üçün örnək olduğu qeyd edilib.

Videoinformasiya baş redaksiyasının fəaliyyəti ilə tanış olan gənclərə audiovizual kontentin hazırlanması qaydaları barədə məlumat verilib. Onlar studiyaya və efir otağına baş çəkib, montaj və səsyazma prosesi barədə məlumatlandırılıblar.

İctimai birliyin üzvləri Azərbaycan, rus, ingilis dillərində informasiya baş redaksiyaları, o cümlədən qlobal kommunikasiya və informasiya idarəsinin fəaliyyəti ilə də tanış olmaq imkanı əldə ediblər.

“Müasir dövrdə mediada dezinformasiya və faktlarla manipulyasiya” adlı infosessiya zamanı isə AZƏRTAC-ın baş buraxılış redaktoru Pərvin Abbasov 8 dildə xəbər hazırlayan və Azərbaycan həqiqətlərini dünyanın dörd bir yanına çatdıran AZƏRTAC-ın fəaliyyətindən bəhs edib. O, istər Vətən müharibəsində, istərsə də postmüharibə dövründə informasiya müharibəsinin davam etdiyini, Azərbaycan mediasının ölkəmizə qarşı dezinformasiya və manipulyasiyalara faktlarla cavab verdiyini vurğulayaraq dedi: “Məlumdur ki, ötən il Bakıda keçirilən COP29 tədbiri ilə bağlı ölkəmiz yenə dezinformasiyalar hədəfinə çevrilmişdi. Qısa müddətdə möhtəşəm infrastruktur yaratmağı bacaran Azərbaycan qarayaxma kampaniyalarına yüksəksəviyyəli işi ilə son qoydu, COP29 tarixi nailiyyətlərlə, dünyamız, planetimiz üçün vacib qərarların qəbul edilməsi ilə yekunlaşdı. Təşkilatçılığın və tarixi nailiyyətlərin sübutu həm də qonaqlardan, xarici mütəxəssislərdən, beynəlxalq səviyyəli qurumların nümayəndələrindən alınan müsahibələrdir. Azərbaycan mediası yenə də şər-böhtanlara faktlarla tutarlı şəkildə cavab verdi. AZƏRTAC-ın kollektivi də COP29 tədbirlərini ən yüksək səviyyədə işıqlandırmağa nail oldu. Ölkənin informasiya məkanında xəbərlərin sayına görə lider olan AZƏRTAC xəbərlərini geniş coğrafiyada yaydı. Təbii ki, Prezident İlham Əliyev də Azərbaycan mediasının əməyini yüksək qiymətləndirərək jurnalistləri “Təşəkkürnamə” ilə təltif etdi”.

Xəbər hazırlanarkən mütləq rəsmi mənbələrə istinadın, həssas təbəqələrin nəzərə alınmasının vacibliyini diqqətə çatdıran P.Abbasov yanlış informasiyanın yarada biləcəyi fəsadlardan söhbət açıb.

Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri