Icma.az
close
up
RU
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“İRƏLİ” İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təchiz olunması, eləcə də rəqəmsal dünyanın təqdim etdiyi yeni imkanlardan faydalanmalarını təşviq etmək məqsədilə 1–31 may tarixlərində “Rəqəmsal Ay” (All Digital Month) layihəsinə start verir. 

Birliyin mətbuat xidmətinin məlumatına görə, rəqəmsal savadlılıq bu gün bütün dünyada ən vacib istiqamətlərdən biridir. Prezident İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası” ölkəmizin bu sahədə strateji baxışını və qətiyyətini əks etdirir. Bu konsepsiya təkcə texnoloji yenilikləri deyil, həm də vətəndaşların, xüsusən gənclərin rəqəmsal savadlılığının artırılmasını və onlayn resurslara bərabər çıxış imkanlarının yaradılmasını hədəfləyir. Bu kontekstdə, “İRƏLİ” İctimai Birliyi  tərəfindən həyata keçirilən “Rəqəmsal Ay” layihəsi ölkəmizin rəqəmsal inkişaf prioritetlərinə töhfə vermək və gənclərin bu sahədə savadlılığının artırılması və gücləndirilməsi məqsədi daşıyır. “Heç kəs kənarda qalmasın” prinsipinə əsaslanan layihənin əsas məqsədi Azərbaycan gəncliyinin, xüsusilə regionlarda və ucqar ərazilərdə yaşayanların resurslara əlçatanlığını təmin etmək, onların rəqəmsal alətlərdən səmərəli və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaqdır. Eyni zamanda, layihə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlər, seminarlar və görüşlər vasitəsilə gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaq, onların təhsil və karyera imkanlarını genişləndirmək, internetdə düzgün məlumat axtarışı və mənbələrin qiymətləndirilməsi, kibertəhlükəsizlik və rəqəmsal etika, innovativ yanaşmalar, qlobal rəqəmsal trendlər üzrə təlim və seminarların təşkili nəzərdə tutulmuşdur.

“Rəqəmsal Ay” layihəsi təkcə rəqəmsal savadlılığın artırılması ilə məhdudlaşmır; bu, həm də gənclərin müasir dünyanın tələblərinə uyğunlaşması, innovativ düşüncə tərzini mənimsəməsi və cəmiyyətdə aktiv rol oynaması üçün bir platformadır. Layihənin təhsil yönümlü olması onun əhəmiyyətini daha da artırır – biz gənclərə yeni rəqəmsal alətlərlə tanışlıq, onlayn təhlükəsizlik bilikləri və peşəkar inkişaf üçün praktiki bacarıqlar təklif edirik. Regionlarda yaşayan gənclərin bu prosesə cəlb edilməsi isə ölkə daxilində bərabər imkanların yaradılması və inkilüzivlik baxımından mühüm addımdır.

Eyni zamanda layihənin qalıcı təsirlərinin olması üçün süni intellekt alətlərindən effektiv istifadəni dəstəkləyən “prompt engineering” mövzusunda kitabın dilimizə tərcümə olunması, eləcə də rəqəmsal alətlərdən səmərəli istifaadəni təşfiq edən e-jurnalın hazırlanması planlaşdırılır.

Gəncləri rəqəmsal gələcəyə bir addım daha yaxınlaşdırmağı hədəfləyən bu “ay” çərçivəsində keçiriləcək bütün tədbirlər barədə ətraflı məlumat yaxın günlərdə təşkilatın sosial media hesablarından ictimaiyyətə təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri