İrem Derici xəstəxanalıq oldu acınacaqlı vəziyyətdəddir FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyəli məşhur müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.
Məşhur aparıcı Ece Erken, müğənni İrem Dericinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Bu səhər "Gel Konuşalım" adlı proqramın qonağı olması gözlənilən sənətçi qəfil səhhətində yaranan problem səbəbindən efirə qatıla bilməyib.
Lakin sevənlərini narahat buraxmaq istəməyən İrem Derici xəstəxana palatasından video göndərərək səhhəti ilə bağlı məlumat verib.
Sənətçi videoda bunları deyib:
"İndi antibiotik vurdular, sonra da vitamin verəcəklər. Həm boğazım, həm də qulaqlarım iltihablanıb. Xəstəxanaya gələndə temperaturum 38,9 idi. Kimin nəzəri dəydisə, gözünə..."
Hazırda müğənninin müalicəsinin davam etdiyi bildirilib.
Lalə Qüdrətova
Milli.Az


