Icma.az
close
up
RU
İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır

İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“ABŞ Gömrük və Sərhəd Mühafizəsi komandasının Ermənistana gəlişi konkret ölkə ilə bağlı həssas məsələlərlə bağlı deyil, Ermənistanın sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi İranla bu mövzuda müzakirələr aparıb və bununla bağlı heç bir narahatlıq ifadə edilməyib.

“Mən İran tərəfi ilə razılığa gəlməməyimiz üçün heç bir səbəb görmürəm. 

Münasibətlərimiz görünməmiş yüksək səviyyədədir”,- deyən Ermənistan xarici işlər nazirinin müavini əlavə edib:

“Nəhayət, biz öz sərhədimizə özümüz nəzarət etməliyik”. 

“Bu, Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılması deməkdir?” sualına cavabında Hovannisyan bildirib:

“Əlbəttə, ideal dünyada hər bir ölkə öz sərhədlərinə nəzarət etməlidir”. 

Qeyd edək ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sazişində əsas razılaşmalardan biri sərhədlərin təhlükəsizliyi ilə bağlıdır. Xartiyaya görə, ABŞ Ermənistana sərhəd təhlükəsizliyinin təminində kömək edəcək. Həmin sənədə uyğun olaraq, sərhəd təhlükəsizliyi ilə bağlı amerikalı mühafizə qrupu iş aparmaq üçün ötən həftə Ermənistana gəlməli idi. 

Lakin ABŞ-də yanvarın 20-də Donald Tramp administrasiyasının fəaliyyətə başlaması sabiq Dövlət katibi Entoni Blinkenlə imzalanmış sazişin reallaşmasını təxirə salıb. Yəni ABŞ hərbçilərinin razılaşmaya uyğun olaraq, bir həftə sonra Ermənistana gəlməməsi Trampın prezidentliyi dövründə bu xartiyanın həyata keçiriləcəyinə şübhə yaradır. Ona görə də Paruyr Hovannisyanın açıqlaması rəsmi Vaşinqtona razılaşmanın icrasını xatırlatmaq məqsədi daşıyır. Baş nazir Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-yə səfəri zamanı Tramp administrasiyası rəsmiləri ilə keçirəcəyi görüşlərdə çox güman ki, sözügedən sazişin həyata keçirilməsini gündəmə gətirəcək. 

ABŞ hərbçilərinin Ermənistana gəlməsi Azərbaycan, Rusiya və İranın Paşinyan hakimiyyəti ilə münasibətlərini gərginləşdirə bilər. Xatırladaq ki, 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Ermənistanın xarici sərhədlərini Rusiya qoşunları mühafizə edir. Lakin ötən ilin avqust ayında Rusiya hərbçiləri “Zvartnos” hava limanını tərk edib. Bu ilin yanvar ayından isə Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb. 

Paruyr Hovannesyanın “Hər bir ölkə öz sərhədlərinə özü nəzarət etməlidir”deməsi Ermənistanın növbəti hədəfinin Türkiyə ilə sərhəddən Rusiya qoşunlarını çıxartmaq olduğunu göstərir. Ancaq bu sərhədlərin təhlükəsizliyini hansı dövlətin həyata keçirəcəyi mübahisəli olaraq qalır. Müqavilə-hüquq bazasında Ermənistan sərhədlərinin mühafizəsi Rusiyaya məxsus olaraq qalır. Eyni zamanda, Ermənistanın həm İranla, həm də Türkiyə ilə sərhədləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Müstəqil Dövlətlər Birliyinin xarici sərhədləri sayılır. Azərbaycan və Gürcüstanla sərhədlərin delimitasiyası və demarkasiyası isə başa çatmayıb. 

Bu baxımdan, Ermənistanın Azərbaycan və Gürcüstanla “Ermənistanın sərhədləri” ifadəsini işlətməsi nə hüquqi, nə də siyasi kontekstdə düzgün olar. Paruyr Hovannisyanın açıqlaması böyük ehtimalla Ermənistan sərhədlərinin ABŞ hərbçilərinə həvalə ediləcəyindən narahat olan Rusiya və İranı sakitləşdirməyə yönəlib. Lakin Donald Trampın prezidentliyi dövründə ABŞ-nin əsas hədəflərindən birinin İran olacağı ilə bağlı gözləntilər artmaqdadır. 

Bu fonda Ermənistana ABŞ mühafizə qrupunun göndərilməsi İranın şimal sərhədlərinin qeyd edilən istiqamətdə bağlanması deməkdir. Trampın prezident kimi fəaliyyətə başlaması 2018-ci ildə Ermənistana təklif edilmiş “Bolton planı”nı yenilənmiş variantda gündəmə gətirə bilər. Həmin plan işğal olunmuş ərazilərin qeyd-şərtsiz Azərbaycana qatarılmasını, sülh müqaviləsinin imzalanmasını, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını, İranla sərhədlərin bağlanmasını nəzərdə tuturdu. 

Artıq Azərbaycan əraziləri işğaldan azad edilib. Ancaq Ermənistanın Azərbaycanla sərhədləri müəyyənləşməyib, sülh sazişi imzalanmayıb, Türkiyə ilə münasibətləri normallaşmayıb. Ona görə də Tramp adminstrasiyasının yenidən Ermənistana oxşar təklifləri təqdim edəcəyi istisna olunmur. 

Qeyd edək ki, Ermənistanda ayrıca hərbi struktur kimi dövlət sərhəd qoşunları yoxdur. Hazırda Nikol Paşinyan hökuməti sərhədlərin mühafizəsini Rusiyadan alıb Qərbə verməkdə daha çox maraqlı görünür. Bu mənada, Tramp adminstrasiyası amerikalı hərbçiləri Ermənistana göndərsə, onların İran və Türkiyə ilə sərhəddə yerləşdiriləcəyi ehtimalı yüksəkdir. Paruyr Hovannisyanın ABŞ mühafizə qrupunun Ermənistana sərhəd nəzarətinin səmərəliliyini artırmaq məqsədilə gələcəyi barədə fikirlərini iki cür oxumaq olar. 

Diplomat amerikalıların Ermənistanda sərhəd qoşunlarının formalaşmasında iştirak edə biləcəyinə işarə edir. İkincisi, rəsmi İrəvan ABŞ mühafizə qrupunun İranla sərhəddə yerləşdirilməyəcəyinə dair Tehrana zəmanət verib. Ermənistanın məqsədi ABŞ hərbçilərini Azərbaycanla şərti sərhəddə yerləşdirməkdir. 

Çünki fevralın 19-da şərti sərhəddəki Avropa İttifaqı müşahidə missiyasının səlahiyyət müddəti başa çatır. Ona görə də Ermənistan ABŞ qrupu hesabına missiyanın qalmasını təmin etmək, eyni zamanda 1991-ci ilə aid inzibati sərhədlərin Qərb tərəfindən de-yure tanınmasına şərait yaratmaq istəyir. Ancaq Azərbaycan və Ermənistan arasında delimitasiyası və demarkasiya prosesi başa çatmadığından, amerikalı mühafizəçilərin olmayan sərhədlərdə yerləşməsi beynəlxalq hüquqa ziddir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri