Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İrəvan da çoxyönlü diplomatiyanı seçir

İrəvan da çoxyönlü diplomatiyanı seçir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Paşinyan “rus cığırı” ilə Qərbə yol aça biləcəkmi?

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən seçkilərdə qələbə qazandıqdan sonra ilk xarici səfərini Rusiyaya etməklə mühüm siyasi mesaj vermiş oldu. Səfərin məqsədi Yekaterinburqda keçirilən “İnnoprom” sənaye sərgisində iştirak kimi təqdim edilsə də, bu addımın arxasında daha geniş geosiyasi məna gizlənir. Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustin ilə görüşü və yüksək səviyyəli qarşılanma mərasimi Moskvanın Ermənistanı tam şəkildə itirmək istəmədiyini, həmçinin elə İrəvanın da Kreml kimi müttəfiqdən uzaqlaşmaq istəmədiyini göstərir. Bu səfəri daha çox tərəflər arasında zəruri dialoqun saxlanılması və mövcud gərginliyin idarə olunması cəhdi kimi qiymətləndirmək heç də reallıqdan uzaq deyil.

Paşinyan baş nazir Mişustinlə görüşündə ölkəsinin yeni dövrdə Rusiya ilə münasibətləri inkişaf etdirmək istədiyini bildirib: “Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi daha da inkişaf etdirməyə sadiqik”. Ermənistanın baş naziri tərəflər arasında məsələlərin konstruktiv şəkildə həll olunacağına ümid etdiyini, həmçinin Avrasiya İqtisadi İttifaqında qalmaqda maraqlı olduğunu dilə gətirib.

Görünən odur ki, Rusiya İrəvana təzyiqi maksimum həddə çatdırmadan, amma iqtisadi və təhlükəsizlik alətlərini saxlayaraq Paşinyanı yenidən dialoqa məcbur edə bildi. Paşinyan artıq əvvəlki kimi, Rusiyaya qarşı açıq ritorikaya yol vermir və daha ölçülü, ehtiyatlı dilə keçir. Bu isə o deməkdir ki, Ermənistan Qərbə inteqrasiya xəttini davam etdirsə də, onu sürətləndirmək imkanında deyil və hər addımını Moskvanın reaksiyasını nəzərə alaraq atmağa məcburdur.

Bəli, son illər Rusiya–Ermənistan münasibətləri ciddi transformasiya mərhələsinə daxil olub. Vaxtilə Ermənistan əsas təhlükəsizlik təminatçısı hesab etdiyi Rusiya 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra İrəvanın gözündə etibarlılığını əhəmiyyətli dərəcədə itirdi. Ermənistan rəhbərliyi açıq şəkildə Rusiyanı və onun sülhməramlı kontingentini passivlikdə ittiham etdi. Bunun ardınca İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını faktiki olaraq dondurdu, Moskvanın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmlərindən uzaqlaşmağa başladı və paralel olaraq Qərblə təhlükəsizlik və siyasi dialoqu genişləndirdi.

Moskva isə İrəvanın bu addımlarına iqtisadi rıçaqlara reaksiya verir. Rusiya Ermənistan məhsullarına qarşı genişmiqyaslı idxal məhdudiyyətləri tətbiq etdi. Rəsmi açıqlamada bu addım “sanitar və təhlükəsizlik pozuntuları” ilə əsaslandırılsa da, sözsüz ki, rəsmi İrəvan və erməni cəmiyyətinin əksər hissəsi bunu açıq şəkildə siyasi təzyiq aləti kimi dəyərləndirir. Ermənistan Mərkəzi Bankının hesablamalarına görə, sözügedən idxal məhdudiyyətləri ölkənin ümumi daxili məhsulunun təxminən 2 faizinə qədər təsir göstərir. Qadağanın xüsusilə qida və içki sektoruna yönəlməsi isə ölkədə ixracyönümlü sahələr üçün ciddi zərbəyə çevrilib və Ermənistanın Rusiya bazarından hələ də yüksək dərəcədə asılı olduğunu göstərir. Bu fakt Moskvanın hazırkı vəziyyətdə İrəvanı hərbi deyil, daha çox iqtisadi təzyiq altında saxlamağa çalışdığını göstərir.

Bəs bu situasiyada Ermənistanın dadına kim çatmalıdır? Təbii ki, İrəvanı Kremlin orbitindən çıxarmağa çalışan Qərb. İyul ayının ilk günlərində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen öncə ölkəmizə, daha sonra Ermənistana səfər etdi. Bakıda Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında AK-nin rəhbəri xanım Lyayen gəlişinin əsl səbəbini gizlətməmişdi. Səfərin məqsədi Cənubi Qafqazda anti-Rusiya ab-havasını yeniləmək idi. “Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq”. Ursula Fon der Lyayenin ölkəmizdə səsləndirdiyi bu fikir, həmçinin “Qlobal qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər ayrılacaq qrant və digər çıxışlar başdan-başa Qərbin bölgədə Rusiya əleyhinə müdafiə zonası yaratmaq niyyətindən xəbər verir.

Bu məqsəd xanım Lyayenin İrəvan səfəri və orada səsləndirdiyi bəyanatlarla bir daha dəqiqləşdi. Qərb Ermənistanda ötən ay keçirilən parlament seçkilərinin nəticələrini açıq şəkildə dəstəklədi, İrəvana iqtisadi yardım vəd etdi və Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq Ermənistan ixracının təxminən 80 faizi üçün tariflərin ləğvini gündəmə gətirdi. Şübhəsiz ki, bu, Ermənistan üçün alternativ iqtisadi istiqamətin formalaşmasına şərait yaradacaq və Rusiyadan asılılığın tədricən azaldacaq. Lakin bu proses qısamüddətli perspektivdə tam nəticə vermək gücündə deyil. Çünki Ermənistan enerji, logistika və əmək miqrasiyası baxımından Rusiya ilə sıx bağlıdır. İrəvan hər nə qədər Qərbdən aldığı yardımlarla Kremlə dişini göstərməyə çalışsa da, Rusiyadan asılılığı qısa müddətdə qaneedici səviyyəyə gətirəcəyi real görünmür.

***

Cənubi Qafqazdakı gedən geosiyasi dəyişikliklərin mərkəzində Azərbaycan faktoru dayanır. 2023-cü ildə ərazi bütövlüyünün tam bərpası ilə Azərbaycan regionda yeni status-kvo formalaşdırdı və bu reallıq həm Ermənistanın təhlükəsizlik yanaşmasına, həm də böyük güclərin region siyasətinə birbaşa təsir göstərdi. Ermənistan üçün artıq əsas məsələ ənənəvi müttəfiqlik modelinə qayıdış deyil, yeni təhlükəsizlik konsepsiyasının formalaşdırılmasıdır. Rusiya isə Azərbaycanla strateji tərəfdaşlığını qorumaqla yanaşı, Ermənistanı da tam itirməmək dilemması ilə üz-üzədir və bu, Moskvanın regionda ikili balans siyasəti aparmasına səbəb olur. Eyni zamanda, Azərbaycanın enerji resursları və nəqliyyat layihələri, xüsusilə Orta Dəhliz, Qərbin regiona marağının artması fonunda Cənubi Qafqazı daha geniş geosiyasi rəqabət məkanına çevirir.

Nəticə etibarilə, Paşinyanın Rusiya səfəri formal olaraq münasibətlərin normallaşdırılması kimi təqdim olunsa da, mahiyyət etibarilə bu, Ermənistanın artan iqtisadi təzyiqləri yumşaltmaq cəhdi və paralel şəkildə Qərbə inteqrasiya kursunu davam etdirməsi fonunda həyata keçirilən balans siyasətinin tərkib hissəsidir. Ermənistan hazırda klassik geosiyasi seçimdən daha çox çoxvektorlu siyasət yürütməyə çalışır. Lakin bu strategiyanın davamlılığı Rusiyanın iqtisadi təzyiqinin səviyyəsindən, Avropa İttifaqının verdiyi vədlərin real icrasından və Azərbaycanla münasibətlərin gələcək inkişaf trayektoriyasından birbaşa asılı olacaq. Mövcud dinamika göstərir ki, Cənubi Qafqaz artıq təkqütblü təsir zonasından çıxaraq çoxqütblü geosiyasi müstəviyə keçir və Paşinyanın Yekaterinburq səfəri məhz bu yeni reallığın növbəti təzahürlərindən biri sayılır.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri