Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 dekabr, Günel Alıyeva, AZƏRTAC

Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və Milli Məclisin deputatları binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi Zivər Abbasova qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib.

Bildirilib ki, 3000 kvadratmetrlik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, yeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb. Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni iki texniki xidmət sahələri yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.

Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri təkcə fiziki infrastrukturun yenilənməsi deyil, eyni zamanda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının gücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasına xidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarını genişləndirir və milli teatr sənətinin inkişafına təkan verir.

Sonra teatrın truppası ilə görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu günün mühüm hadisələrindən biri İrəvan Dövlət Azərbaycan Dram Teatrının əsaslı təmir-bərpa və yenidənqurmadan sonra yenidən fəaliyyətə başlamasıdır. Nazir qeyd edib ki, bu bina teatr təkcə yaradıcı kollektivin fəaliyyəti üçün məkan deyil, eyni zamanda, Azərbaycan teatr ənənəsini, Qərbi Azərbaycan yaddaşını və mədəni irsimizi yaşadan rəmzi bir ünvandır.

Teatrın keçdiyi tarixi yola nəzər salan nazir vurğulayıb ki, bu mədəni ocağın taleyi bölgənin mürəkkəb tarixi-siyasi prosesləri ilə sıx bağlı olub. Müxtəlif dövrlərdə baş verən hadisələr, azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş köçürülmələr və təzyiqlər teatrın fəaliyyətinə də təsirsiz ötüşməyib.

Nazir əlavə edib ki, bu tarixi dövrü öyrənmək və unutdurmamaq, xüsusilə gənc nəsil üçün vacibdir: “Bu teatrı həm sənət ənənəsini, həm də milli şüuru yaşadıb, qoruyub və təbliğ edib. Teatr illər boyu Azərbaycanın görkəmli müəlliflərinin qələmə aldığı əsərləri səhnəyə gətirərək milli ədəbi-bədii irsin yaşadılmasına xidmət göstərib”.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayıl çıxışında yeni binanın açılışının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib. O qeyd edib ki, bu gün uzun illərdir gözlənilən və arzulanan bir gündür və onun üçün xüsusi mənəvi dəyər daşıyır. Xalq artisti yaradılan şəraiti Azərbaycan teatrının tarixi ənənələrinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib, 1873-cü ildə Azərbaycanda peşəkar teatrın yaranmasının xalqımızın yüksək mənəviyyatını və intellektual potensialını təsdiqləyən mühüm hadisə olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, İrəvan Dövlət Azərbaycan Teatrı 1882-ci il fevralın 2-də yaranıb və Azərbaycan səhnə sənətinin tarixində xüsusi yer tutur.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı onlar üçün sıradan bir sənət ocağı deyil: 1882-ci ildə yaranan bu sənət ocağı Qərbi Azərbaycandan olan soydaşlarımızın üzləşdiyi tarixi sınaqların canlı yaddaşıdır. O bildirib ki, 1918–1920-ci illərin faciələri, 1948–1953-cü illərin deportasiyası, 1988-ci ildən başlayaraq bu günədək davam edən didərginlik həmin taleyin tərkib hissəsidir.

Əziz Ələkbərli əlavə edib ki, İrəvan teatrı öz yüksəliş dövrünü Ulu Öndərin hakimiyyəti illərində yaşayıb. O diqqətə çatdırıb ki, teatr başqa bir dövlətin ərazisində fəaliyyət göstərsə də, 1978-ci ildə Ulu Öndər İrəvan Teatrını Bakıya qastrol səfərinə dəvət edib, burada tamaşalar təşkil olunub və səfərin yekunu olaraq teatrın yaradıcı heyəti Azərbaycanın fəxri adları ilə təltif ediliblər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktor əvəzi Zivər Abbasova bildirib ki, yeni binanın istifadəyə verilməsi bütün Azərbaycan ictimaiyyəti tərəfindən rəğbət və məmnuniyyətlə, eyni zamanda, minnətdarlıq hissi ilə qarşılanıb. O vurğulayıb ki, İrəvan Teatrının səhnəsi həm Azərbaycan milli dramaturgiyasının, həm də dünya dramaturgiyasının layiqincə təqdim olunacağı, eyni zamanda gənc istedadların yetişəcəyi bir məkan olacaq. Direktor əvəzi onu da qeyd edib ki, İrəvan təkcə bir şəhər adı deyil — bir xalqın yaddaşı, ruhu, ədəbiyyatının və köklərinin rəmzidir.

Çıxışlarda, həmçinin binada yaradılan şəraitə və mədəniyyətimizin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.

Görüşün sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından Prezident İlham Əliyevə təbrik və minnətdarlıq müraciəti oxunub.

Qeyd edək ki, azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan teatr sonrakı dövrlərdə zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanıb və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazıb. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri