Icma.az
close
up
RU
“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı olub

“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı olub

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 4-də Qərbi Azərbaycan İcmasının (QAİ) Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri Fərrux Rüstəmovun müəllifi olduğu “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana aid kitabların, nəşrlərin İcmada təqdim olunmasının artıq ənənə halını aldığını deyib.

O bildirib ki, kitab həm tarixi, həm də siyasi baxımdan çox əhəmiyyətli vəsaitdir.

Kitabın ön sözünün müəllifi, İcmanın Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, İcmanın Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri, Əməkdar müəllim Əvəz Ələkbərov ADPU-nun rektoru, professor Cəfər Cəfərov, kitabın rəyçisi, filologiya elmlər doktoru, professor Yaqub Babayev, İcmanın Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, əməkdar elm xadimi Nizami Cəfərov çıxışlarında bu cür kitabların nəşrinin Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan əhəmiyyətini vurğulayıblar.

Sonda çıxış edən müəllif Fərrux Rüstəmov bu kitabı məhz Prezident İlham Əliyevin Sərəncamından və onun elmə-təhsilə yüksək qayğısından ilham alaraq alim-vətəndaş borcunu yerinə yetirmək amalı ilə ərsəyə gətirdiyini vurğulayıb. Müəllif bu cür tədqiqatların bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinədək İrəvanda demokratik təhsil mühitinin formalaşdırılmasında əhəmiyyətli rol oynamış qəza məktəbi və progimnaziya, gimnaziyanın Pedaqoji Şurası, şagird kontingenti, pansionu, kitabxanası, fizika kabineti, şagird-müəllim heyəti, kişi gimnaziyasının təşəkkülünü və inkişafını şərtləndirən amillər haqqında geniş məlumat verilib, orta təhsilin məzmununun inkişaf tendensiyaları müəyyənləşdirilib.

Kitabın ideya müəllifi sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, elmi redaktoru QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri