Icma.az
close
up
RU
İrəvan Kremlə kömək edir, Ukrayna müharibəsi dərinləşir FOTOLAR

İrəvan Kremlə kömək edir, Ukrayna müharibəsi dərinləşir FOTOLAR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

2025-ci il sentyabrın 3-də Azərbaycanın “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar xeyli müddətdir apardığı tədqiqatın bir hissəsinin nəticələrini açıqlayıb.

Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının təftişi

Globalinfo.az-ın xəbərinə görə, İctimai Birliyin sədri Fikrət Yusifov keçirdiyi brifinqdə bəyan edib ki, Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır: “Ermənistan Dövlət Statistika Komitəsinin və digər rəsmi qurumlarının açıqladığı məlumatların təhlili üzə çıxarır ki, ötən 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7 milyard 101 milyon ABŞ dollarından 30 milyard 202 milyon ABŞ dollarına çatıb. Bir ölkənin idxalının həcmi ilk növbədə daxili tələbatı ödəmək üçün artırıla bilər. Nə baş verdi ki, Ermənistan idxalın həcmini bu qədər artıra bildi? Ermənistanın rəsmi dövlət statistikasının məlumatlarına əsaslansaq, 2021-ci illə müqayisədə 2024-cü ildə Ermənistanın idxalında ən çox təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların artdığını görmək mümkündür. Bu məhsulların idxalının həcmi 2021-ci ildə cəmi 248,4 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 7,4 milyard ABŞ dollarından çox olub, başqa sözlə, 4 il ərzində onların idxalının həcmi 30 dəfə artıb. 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış və əhalisi daha acınacaqlı sosial duruma düşmüş bir ölkənin bu qədər zinət məhsulları idxal etməsi pərdələnmiş əməliyyatların aparılmasına dəlalət edir”.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov qeyd edib ki, Ukraynaya qarşı müharibədən sonra Ermənistanda rusiyalı iş adamlarının adlarına açılmış yüzlərlə şirkət peyda olub. Bu şirkətlərin qaranlıq əməliyyatların aparılması üçün yaradılmasına dair şübhələr var: “Birdən-birə Rusiyadan Ermənistana ixracın 75%-dən çoxunun mirvarilər, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar kimi məhsullar təşkil etməsinə heç kim cavab vermir”.

Hüquqşünas-ekspert Bayram Sadıqov isə diqqət çəkib ki, BMT Baş Assambleyasının müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətini müəyyən edib, başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır. Burada Rusiya və Ermənistanın hərəkətlərinə bu prizmadan yanaşılmalıdır.

Həmçinin oxuyun:

Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə nələr var?

Rusiyaya qarşı artan sanksiyalar və Ermənistanın Rusiyaya artan ixracı

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirib ki, bu “idxal-ixrac sxemləri” göstərir ki, Ermənistan məhsulların idxal və ixracı adı altında əslində, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün zəruri olan məhsulları digər ölkələrdən idxal edərək, sonradan onları başqa məhsul adları altında Rusiyaya ixrac edir. Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibədə üzləşdiyi sanksiyalardan yayınmaq üçün Ermənistandan bir yol, alət kimi istifadə edir. Avropa İttifaqı, xüsusilə Fransa və onların təşkilatçılığı ilə Ermənistanla Azərbaycanın şərti sərhədinə gətirilmiş “müşahidəçilər”, beynəlxalq qurumlar bu faktlara niyə göz yumurlar? Ukrayna üzərində vurulmuş Rusiya pilotsuz uçuş aparatlarından Avropada, ilk növbədə Fransa və Kanadada 2022-2024-cü illərdə istehsal olunmuş elementlər aşkar edilirsə, bu nə deməkdir? Beynəlxalq sanksiyalar altında Rusiya bunları necə əldə edib?”.

Dinc əhaliyə qarşı müharibənin maliyyələşdirilməsi

Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb.  Bu çağırışlarda Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlandığı, Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, paralel olaraq, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi xüsusi vurğulanır.

Toplantıda qeyd edilib ki, dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir. Bu isə Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri