İrəvan Qarabağdan köçənlərə pul ayırdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan hökuməti Qarabağdan könüllü köçən ermənilərin özünüməşğulluğunu dəstəkləmək üçün əlavə 216 milyon dram (580 min dollardan çox) ayırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“2025-ci ilin dekabr ayında təsdiq edilmiş proqrama əsasən, hər bir benefisiara öz kiçik biznesini qurmaq üçün 12 aylıq məsləhətləşmələr də daxil olmaqla 2 milyon dram (5,4 min dollar) məbləğində dəstək ayrılır. Bir ildən sonra, əgər biznes 6 ay davam edərsə və dövriyyə 3 milyon dram (8,1 min dollar) və ya daha çox olarsa, benefisiar istehsal avadanlığının və ya digər əsas vəsaitlərin alınması üçün 1 milyon dram məbləğində kompensasiya ala bilər”, - məlumatda deyilib.
Qeyd olunub ki, əlavə vəsaitlərdən (əsas vəsaitlər nəzərə alınmadan) istifadə etməklə proqramın 200 nəfər üçün həyata keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 11 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















