Icma.az
close
up
RU
İrəvan riskə gedir

İrəvan riskə gedir

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Ermənistan Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini təsdiqlədi

Ermənistan Parlamentində “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsi ikinci və yekun oxunuşda bəyənilib. "Ermənistan" müxalifət blokunun deputatı Armen Gevorqyanın qanun layihəsi ilə bağlı Avropa İttifaqının (Aİ) icra strukturlarından hər hansı rəsmi reaksiya olub-olmaması ilə bağlı sualına cavab olaraq xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib ki, Brüssel bu qanun layihəsinin ikinci oxunuşunu gözləyirdi: “Yalnız bundan sonra reaksiya verə biləcəklər”.

Müxalifətçi deputat isə o qədər də nikbin deyil. Onun fikrincə, siyasi bir qərar varsa, avropalılar o dəqiqə müsbət reaksiya verirlər və ya ümumiyyətlə heç bir reaksiya vermirlər.

2020-ci ildən, Rusiyanın “etibarını” görəndən sonra Ermənistanda tez-tez Aİ ilə daha da yaxınlaşmaq çağırışları çoxalıb. Bu məsələ ilə bağlı Paşinyanın komandası Avropa inteqrasiyası yoluna başlamağı həqiqətənmi istəyir? Unutmayaq ki, Ermənistan bu gün Avrasiya İqtisadi İttifaqı (Aİİ) Kremlin dəstəklədiyi birliyin tamhüquqlu üzvüdür. Bəs Avropanın özü necə, istisadiyyatı bərbad vəziyyətdə olan Ermənistana qucaq açmağa hazırdırmı?

AYNA.AZ-ın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Bütün bunlar çox güman ki, təbliğat sferasındandır. Bəli, Avropaya inteqrasiya ilə bağlı qərarlar müxtəlif postsovet ölkələri tərəfindən verilir. Hətta bəziləri bunu öz konstitusiyalarına yazıblar - məsələn, Gürcüstan, Moldova, Ukrayna. Bəs sonda nə baş verir?

Yeri gəlmişkən, Ermənistan hələ də KTMT hərbi blokunun və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu, o deməkdir ki, Nikol Paşinyan hökuməti Avropaya inteqrasiya etmək niyyətini elan etməklə mahiyyət etibarilə öz vətəndaşlarına Avropa perspektivinin aktual olduğunu göstərmək istəyir. Baxmayaraq ki, reallıqda parlamentin bu qərarı heç nəyi dəyişmir.

Amma buna baxmayaraq, bu, yerli tamaşaçılar üçün müəyyən nümayiş rolunu oynayacaq. Eyni zamanda, İrəvanda hesab edirlər ki, bu qərar Avropa İttifaqından əlavə maliyyə dəstəyi almağa imkan verəcək. Lakin hüquqi baxımdan Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərdə parlamentin bu qəbildən olan qərarları heç nəyi dəyişmir”.

Rusiyalı politoloq, publisist, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”in rəhbəri Aleksandr Sıtin:

“Avropa İttifaqının hazırda çoxlu narahatlığı var. Üstəlik, Ukrayna ilə bağlı Rusiyanın qorxusunun nə dərəcədə əsaslı olduğu aydın deyil. Ermənistanı Aİ-yə qəbul etməklə Rusiya ilə birbaşa qarşıdurmaya girmək vaxtsız olardı. Ermənistan da bunu başa düşməli və Rusiyanın zəiflədiyi, böhran vəziyyətinə düşdüyü situasiyanı gözləməyi bacarmalıdır.

Həddindən artıq sərt addımlar Ukraynada olduğu kimi Rusiyanın bu və ya digər formada Ermənistana təcavüzünə gətirib çıxara bilər. Bu, kimə lazımdır?

Mənim fikrimcə, Rusiyanın Cənubi Qafqaz regionunda mövqelərinin zəifləməsi kifayət qədərdir. Və son nəticədə kəmiyyətin keyfiyyətə çevrilməsi və qüvvələr balansının avrointeqrasiya tərəfdarlarının xeyrinə dəyişməsi, ümid edirəm ki, regionun digər respublikaları kimi Ermənistanı da Aİ və NATO-ya aparmalıdır. Amma indi bunu etmək tezdir və mən Türkiyədəki qeyri-sabitlik şəraitində hələlik bu yöndə heç bir addım atmazdım”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri