İrəvan təsdiqlədi: Rusiyadan qayıdanlar orduya göndərilir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi bu günlərdə ölkəyə qayıdan vətəndaşlara 25 günlük hərbi təlimdə iştirak etmək üçün çağırış vərəqələri göndərildiyi barədə faktı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, çağırışlar əsasən Rusiyadan qayıdan ermənilərə aiddir:
“Hərbi Polis qanunla ona verilən səlahiyyətlər çərçivəsində Ermənistan Respublikasının sərhəd məntəqələri də daxil olmaqla, öz vəzifələrinin yerinə yetirilməsini təmin etmək məqsədilə hərbi xidmətə cəlb olunmuş vətəndaşların qeydiyyatı, onların məcburi hərbi xidmətə çağırılması və ehtiyatda olanların təlim fəaliyyətlərinə cəlb edilməsi prosesində hərbi komissarlıqlara dəstək göstərməyə yönəlmiş xidmət həyata keçirir”.
Qeyd edək ki, erməni bloger Natali Aleksanyan rüşvət müqabilində səs vermək üçün Rusiyadan Ermənistana gələnlərin bəzilərinin erməni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqlarını, bəzilərinin isə 25 günlük təlim düşərgələrinə göndərildiklərini yazmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 05 İyun 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















