Icma.az
close
up
RU
İrəvan üçün böyük itki: Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq

İrəvan üçün böyük itki: Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Suriya bizim üçün Türkiyə və Qərbin təhrik etdiyi “terrorçulara” az-çox müqavimət göstərən dost dövlət idi. İndi Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır".

Bu Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında əks olunub.

Pan-ermənilər bildiriblər ki, yüz minlərlə muzdlu islamçı terrorçu bu gün boş qalıb. Buna görə də Türkiyə və bəzi Qərb dövlətləri bundan bütün qaynar nöqtələrdə mütləq öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar:

"Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq. Türkiyə Böyük Millət Məclisinin Bakıya səfər gedən Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtayın bəyanatı da nəzərə alınmaqla, qarşıdan gələn təhdidlərə və onlardan irəli gələn hadisələrə qarşı mümkün qədər hazır olmaq üçün addımlar atmalıyıq. O bildirib ki, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur”.

Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb. Bu rejimin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Həmçinin bir çox erməni politoloqlar da öz narahatlıqlarını gizlətmirlər. Onlar düşünürlər ki,  İran öz sərhədləri daxilinə çəkiləcək. Bundan sonra isə onlar əsas dayaqlarından – Tehranın himayəsindən məhrum olacaqlar.


Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Ermənistanın Suriyada Bəşər-Əsəd rejimi ilə əlaqələri çox yaxşı idi:


"Hətta Əsəd rejimi dövründə erməni lobbisi və diasporu, həmçinin ümumilikdə ermənilərin Suriyada mövqeyi gücləndi. Türkmənlərin daha üstün olduğu və onların siyasətinin nüfuzlu olduğu yerlərdə ermənilər türkmənləri əvəzləməyə başladı. Yəni Əsəd bundan bir növ istifadə edirdi. Təsadüfi deyil ki, 44 günlük Qarabağ müharibəsi zamanı Suriyadan yüzlərlə erməni döyüşmək üçün məhz hazır silahlı formada Ermənistana gəldi. Həmin ermənilər elə vətəndaş müharibəsi zamanı Əsədin yanında döyüşən komandanlar, zabitlər və döyüş təcrübəsi olan şəxslər idi. Bu baxımdan Bəşər-Əsəd rejiminin süqutu Ermənistan üçün ciddi təhdid idi. Eyni zamanda Əsədin mövcud olduğu zümrə Suriyada "Süryani" deyilən hissəyə mənsubdur. Suryanilər də əslində erməniləri mühafizə edirdi. Həmçinin onlar ərəb xristianlarıdır. Buna görə də burada xristian təəssübkeşliyi var. Əslində Əsədin xristian olduğunu demək doğru deyil. Lakin babaları Suryani olduğu üçün erməniləri müdafiə etməsi təbiidir".


Politoloqun sözlərinə görə, Əsəd rejiminin devrilməsi Ermənistan üçün böyük itkidir:

"Bu itkini konpensasiya etmək çətindir. Xüsusilə də hazırda Suriyada qeyri-müəyyənlik hakimdir. Türkiyənin dəstəklədiyi müxalif qruplar hakimiyyəti əllərinə keçirib. Amma hələlik rejimin necə tətbiq ediləcəyi və hakimiyyətdə hansı dəyişikliklər ediləcəyi bəlli deyil. Buna görə də Ermənistan üçün hazırda Suriya siyasətində durğunluq dövrü olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri