Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Ermənistanın regionda növbəti cəhdi İrəvan, yoxsa Bakı?

Ermənistanın regionda növbəti cəhdi İrəvan, yoxsa Bakı?

Icma.az, Metbuat saytına istinadən bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, 3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Bəs 3+3 formatında növbəti toplantının məqsədi nədən ibarətdir və Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi hansı mesajı ötürür?

Millət vəkili Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar fonunda “3+3” əməkdaşlıq platforması, yəni Azərbaycan, Ermənistan, Gürcüstan və regionun üç böyük qonşusu – Türkiyə, Rusiya və İran arasında qarşılıqlı dialoq mexanizmi regionun sabitliyi və inteqrasiyası üçün mühüm format kimi formalaşmaqdadır:

"Bu platforma 2020-ci ildə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə gündəmə gətirilib və məqsədi Cənubi Qafqazda münaqişə dövrünü arxada qoyaraq iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, qarşılıqlı etimadın gücləndirilməsi və regional təhlükəsizliyin təmin olunmasıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı isə regionda diplomatik dinamikanın yeni mərhələyə daxil olduğunu göstərir. Bu toplantının əsas məqsədi postmünaqişə dövründə regional əməkdaşlığı dərinləşdirmək, sülh və sabitlik prosesini institusional səviyyəyə qaldırmaq, eləcə də regional iqtisadi inteqrasiyanın hüquqi və praktiki mexanizmlərini müəyyənləşdirməkdir".

E.Mirzəbəyli toplantının gündəliyində yer alan əsas məsələlərdən danışıb:

"Birincisi, regionun nəqliyyat-kommunikasiya xətlərinin açılması və yeni tranzit layihələrinin reallaşması ilə bağlı konkret addımların razılaşdırılmasıdır. Xüsusilə Zəngəzur dəhlizi və digər logistik marşrutlar bu prosesin strateji mərkəzində dayanır. İkincisi, regional təhlükəsizlik məsələlərinin koordinasiyası, yəni Cənubi Qafqazda sabitliyin xarici təsirlərsiz, məhz regional ölkələrin iradəsi ilə qorunması prinsipi önə çıxır. Üçüncüsü, tərəflər arasında etimadın bərpası və qarşılıqlı diplomatik münasibətlərin normallaşması məqsədi güdülür".

Deputatın sözlərinə görə, Ermənistanın toplantıya ev sahibliyi etmək istəyi isə bir neçə siyasi və psixoloji mesaj daşıyır:

"İlk növbədə bu, İrəvanın 2020-ci il məğlubiyyətindən sonra formalaşmış mənfi imicini dəyişmək və regionda aktiv diplomatik tərəf kimi görünmək cəhdidir. Ermənistan beləliklə, özünü prosesin kənar müşahidəçisi deyil, “bərabərhüquqlu iştirakçısı” kimi təqdim etməyə çalışır. Eyni zamanda, bu təşəbbüs Rusiya və İran qarşısında balanslı mövqe nümayiş etdirmək və Qərbə tam inteqrasiya yönümünün regiondaxili sabitliyə zərər vurmadığını göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Ermənistanın bu addımı Bakıya da dolayı mesaj kimi dəyərləndirilə bilər. Bu, bir növ “sülhə doğru addım” imicinin formalaşdırılması və Azərbaycanla münasibətlərdə yeni dialoq imkanlarının yaradılması cəhdidir. Lakin bu cəhdin səmimiliyi yalnız praktik addımlarla sübuta yetirilə bilər".

Millət vəkili qeyd edib ki, toplantının harada keçirilməsinin daha məqsədəuyğun olması məsələsi həm siyasi, həm də simvolik məna daşıyır:

"Əgər toplantı İrəvanda baş tutarsa, bu, Ermənistan üçün real sınaq olacaq. Belə bir tədbirin uğurlu təşkili ölkənin sülhə və əməkdaşlığa nə dərəcədə hazır olduğunu göstərə bilər. Amma əgər Ermənistan hələ də destruktiv mövqedən çıxış edərsə, bu təşəbbüs sadəcə imitasiya xarakteri daşıyacaq. Toplantının Bakıda keçirilməsi isə həm siyasi, həm də praktik baxımdan daha məntiqli görünür. Azərbaycan artıq sübut edib ki, regionda sabitliyin və inkişafın əsas təminatçısıdır. Bakının ev sahibliyi formatı real əməkdaşlıq və praqmatik nəticələr baxımından daha səmərəli olardı. Üstəlik, bu, Azərbaycanın “Qafqazda münaqişə yox, əməkdaşlıq dövrü başlayır” tezisini bir daha praktik müstəviyə daşıyardı".

E.Mirzəbəylinin fikrincə, “3+3” formatında növbəti toplantı yalnız diplomatik jest deyil, həm də postmünaqişə dövrünün siyasi göstəricisi olacaq:

"Ermənistanın bu prosesdə iştirakının səmimiliyi onun konkret addımları ilə ölçüləcək. Əgər İrəvan reallıqları qəbul edərək sülh gündəliyinə əməl etsə, bu, regionun yeni inkişaf mərhələsinin başlanğıcına çevrilə bilər. Əks halda, Ermənistanın ev sahibliyi istəyi yalnız diplomatik görüntü ilə məhdudlaşacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri